Paşinyan Brüssel görüşünün şərtlərindən imtina edir?

Avqustun 31-də Azərbaycan Ermənistan liderləri arasında baş tutan görüşdən sonra, rəsmi İrəvan yenidən sərsəmləməyə başladı. Hətta Nikol Paşinyan Ermənistana qayıdan kimi öz şərtlərinin vacib olduğunu soylədi.
Üstəlik də atəşkəsin pozulmsi, Ermənistanın yüksək rütbəli məmurlarının Xankəndinə səfəri baş verdi. Görünür, bu təxribatların Brüssel görüşündən  dərhal sonra atılması, sizlərə bildirdiyimiz kimi hesablanmışdır.

Təbii ki, Ermənistan heç vaxt Azərbaycanın şərtlərini sülh yolu ilə qəbul etməyəcəkdir. Çünki işğalçıların düşüncəsi işğal edib təxribata əl atmaqdır.
Sanki regionun ən güclü dövləti Ermənistandır və Azərbaycan ona öz torpaqlarını hədiyyə etməlidir. Sizcə, rəsmi Bakı onların nazı ilə oynamalıdırmı?
Hələ bu da azmış kimi, Xankəndində bir iki nəfərin yürüşü ilə, Azərbaycana qarşı 3 şərt də irəli sürməyi unutmayıblar.

Yəqin erməni xislətinin sonunun necə bitəcəyini özləri də görməkdədir. Rəsmi Bakı arada bir neçə dəfə günlük vəziyyətin nə yerdə olduğunu erməni işğalçılarına xatırlatmalıdır.
Ən azından ordumuzun bunu məharətlə bacardığını bilirik.

Sonda Ermənistanın istəyindən asılı olmayaraq, 10 noyabr bəyanatı və beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Yəqin ki, son avqust döyüşlərində ordumuzun başlatdığı “Qisas” əməliyyatı beynəlxalq hüquqa uyğun idi. Bundan sonra da Azərbaycan tərəfi istənilən zaman anti-terror əməliyyatlarını davam etdirə bilər. Hər şey Paşinyanın İlham Əliyevlə növbəti görüşünə kimi özünü necə aparmasından asılıdır.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın