Paşinyanın Moskva səfəri, Putin onu Gürcüstanla bağlı səhvinə görə cəzalandıracaqmı?

 

Hörmətli oxucular, bildiyiniz kimi Ermənistanın Baş Naziri Nikol Paşinyan Gürcüstanda rəsmi səfərdədir. Səfər çərçivəsində Gürcüstanın Baş Naziri İrakli Qaribaşvili ilə görüşən Nikol Paşinyan, bir çox məsələləri müzakirə etmişdir. Hər kəs bilir ki, Paşinyanın Gürcüstana səfəri Qarabağ məsələsi üzrə vasitəçi kimi iştirak edən rəsmi Tiflisə öz təkliflərini vermək amacı güdür.

Bir neçə gün bundan əvvəl, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Paşinyanın İrakli Qaribaşvili vasitəsi ilə ona görüşmək xəbərini göndərdiyini açıqlamışdır.
Bizlərin diqqətini bir məsələ çəkir ki, Ermənistan Baş Naziri niyə Gürcüstan vasitəsilə Türkiyə və Azərbaycanla əlaqə qurmağa çalışır?
Artıq neçənci dəfədir ki, Paşinyan Rusiyanı kənarda saxlayaraq, Qərb meyilli dövlət vasitəsilə əlaqə qurmağa calışır. Görünür, ermənilər anlamağa başlayıblar ki, Rusiyanın əlindən yavaş-yavaş uşaqlaşmaq lazımdır. Bu səbəbdən Nikol Paşinyan sakitcə Qərbə doğru hərəkət etməkdədir.

Lakin Kreml Paşinyanın bu siyasətini diqqətlə izləməkdədir. Görünür, Rusiya Qafqazı tam əldən vermək istəmir. Hələlik Putin Paşinyanın nazı ilə oynamağa məcburdur. Ermənistan hələ də anlamır ki, Rusiya hərbi bazaları niyə onların ərazisində hələ də qalmaqdadır. Gələcəkdə Ermənistanı şantaj etmək üçün həmin hərbi bazarlardan ermənilərə qarşı istifadə ediləcəkdir. Paşinyan sakitcə Rusiyadan uzaqlaşmaq istəyir, Putin isə qırmızı xəttin keçilməsini gözləyir.

Xatırladaq ki, Ermənistan Baş Naziri Nikol Paşinyanın Rusiyaya rəsmi səfəri başlamışdır. Bu görüşün çox kritik olacağı əvvəlcədən bəllidir. Qarabağ məsələsi və İranın Zəngəzura müdaxilə etmək istəməsinin müzakirə olunacağı gözlənilir. Lakin ekspertlər Ermənistanın Rusiyadan silah almaq istəməsini bu səfərlə əlaqələndirir. Hər halda, Vladimir Putinin, bu görüşdə Paşinyana Qərbə meyllənməsinə görə xəbərdarlıq edəcəyi gözlənilir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın