Paşayevlərin oyunu

 

Bir müddətdir ki, hakimiyyət Yeni oyun oynamağa başlayıb. Ölkədə xırda vəzifəliləri həbs etməklə, xalqın etimadını qazanmaq istəyir. Artıq yuxarıda oturanlar anlayırlar ki, vətəndaşlar bu hakimiyyətə etibar etmir, bu cür həbslər etməklə gündəmi dəyişmək və ailə hakimiyyətinin ömrünü uzadmaq istəyirlər. Bununla da kimlərisə bada verib, öz adamlarının yerini bərkitmə prosesini tezləşdirirlər. Bu siyasi gediş gözdən pərdə asmaq və qınaqları aradan qaldırmaq üçün nəzərdə tutulmuşdur. Hər halda, cəmiyyətdə caşqınlıq yaratmaq İlham Əliyev hakimiyyətinin çoxdankı xasiyyətidir.

Hərçənd ki, unutdurmaq istədikləri bir məsələni – Qurban Məmmədlinin başçılığı altında biz “AzerFreedom” ailəsi olaraq, imkan verməyəcəyik.Ölkədə baş verən əsas məsələləri gündəmdə saxlayırıq, cinayətkarların ifşa olunması üçün əlimizdən gələni edirik. Bundan öncə də qeyd etmişdik , indi də qeyd edirik ki, bizlər bu kimi oyunları ifşa edərək xalqın nəzərinə düzgün çatdırırıq.

Onu da qeyd edim ki, vəzifədən sui- istifadə etməklə və külli miqdarda dövlətə, büdcəyə ziyan vurmaqla həbs olunan məmurlar, başqaları ilə əvəz olunurlar. Qeyd edək ki, yeni təyin olunan məmurların əvvəlkilərdən heç bir fərqi yoxdur.

Bu kadr dəyişikliklərinin xalqa görə olmadığını söyləmək istərdik. Burda məqsəd, Heydər Əliyevin və Ramiz Mehdiyevin kadrlarını sıxışdırıb aradan çıxararaq, hakim dairənin, yəni Paşayevlərin kadrlarına verməkdir. Odur ki, islahat adı altında, bu çəkişmələr hələ də davam etməkdədir.

Biz isə prezident İlham Əliyevin yaramaz və korrupsioner, oğru məmurlarına səslənərək deyirik: – Sizin vəzifəniz, xalqa xidmət və qanunlara riayət etməkdir.

Rəşad Şıxəliyev.

 

Bunu paylaş: