Paşayevlər Elman Rüstəmov əldən buraxmaq istəmir

Aldığımız xəbərə görə bu yaxınlarda Milli Bankın sədri Elman Rüstəmovun vəzifəzindən azad olunacağı deyilir. Bu barədə Milli Məclisin mətbuat katibliyi xəbər yaymışdır. Yaxın vaxtda Elman Rüstəmov barəsində Milli Məclisdə müzakirələr keçirilməsi gözlənilir. 30 ilə yaxın Azərbaycan valyuta sistemini idarə edən şəxsin işdən çıxarılmasınının qaranlıq məqamları:

Əvəlla qeyd edim ki, Elman Rüstəmovun yerinə təyin olunan Taleh Kazımovun son iş yeri, Paşa Bankın idarə heyətinin sədrliyində olmuşdur. Son iş yerindən aydın olur ki, söhbət nədən gedir.

Əliyevlər və Paşayevlər, əvvəllər qeyd etdiyimiz kimi, Heydər Əliyev klanının üzvlərini hörmətlə yola salmaqdadır. Bu gün ölkədə onların Paşayevlərə aid cavan kadrları sürətli şəkildə digər Klan (Heydər Əliyev köhnələr, Ramiz Mehdiyev kommunistlər) üzvlərini sıxışdırmaqdadırlar. Son bir neçə il ərzində Milli Məclis, Dövlət Neft Şirkəti, Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi və s kimi yerlərə Paşayevlər klanı başçılıq etməkdədir.

Bu gün də açıq şəkildə görürük ki, ölkədə maliyyə sxemi ilə çalışan orqanlar Paşayevlərin, yəni Mehriban Əliyevanın nəzatinə keçməkdədir.

Əlavə edək ki, Elman Rüstəmovun vəzifəsindən getməsi Azərbaycan valyuta sisteminə böyük təsir edəcəkdir. O, dünya bank və valyuta idarə etmə sistemində böyük təcrübəyə malik beynəlxalq səviyyəli adamdır.

Aldığımız yeni xəbərə görə Elman Rüstəmov Baş nazir Əli Əsədovun müşaviri təyin edilib.
Paşayevlər yaxşı anlayır ki, bu şəxsi əldən buraxmaq olmaz!

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın