OYUNA ALDANMA, ÖZ MÜBARİZƏNİ ET!

Azərbaycanda 2 həftədir Ramiz Mehdiyev ,,rüzgarı”əsir. Bütün yazılı, elektron, internet mətbuat orqanları baş verən hadisələrə şərh verməklə məşguldur. Ramiz Mehdiyev də sanki bundan ilhamlanır, Akademiyanın saytını öz şəxsi mülkü kimi istifadə edərək, cəmiyyətə və eləcə də hakimiyyətə mesajlar ötürür. Vəziyyət artıq o yerə gəlib ki, Türkiyənin ,,FETÖ” qruplaşmasının bənzəri -,,Remo”yaranıb, deyənlər var. İlk baxışda hər şey açıqdır; yəni, Ramiz Mehdiyevin illərdir ölkənin icraedici orqanının özünün krallığı elan etdiyini, cinayətkar bir sistemin idarəedicisi olduğunu və onun yaşaması üçün hər yola əl atdığını hər kəs bilir. Rusyanın Azərbaycanda ən sadiq insanlarından biri olan Mehdiyevin birdən birə bu cür təklənməsi maraqlıdır. Versiyalar çoxdur. Klanlar arası müharibə, yaşlanıb, artıq gücünü itirib, yerinə daha cavan kadrın gəlməsi lazımdır yəqin deyənlər, sadəcə Mehriban Əliyevanı gələcəkdə hakimiyyətin başına gətirmək kimi müxtəlif fikirlər. Əslində baxsaq, fikirlərin hamısı paket kimi bir yerdə mümkündür. Bu, iki klanın müharibəsi kimi göstərilən oyunda yaşlı Ramiz Mehdiyevi cavan Mehriban Əliyevayla əvəzləmək, eləcə də İlham və Mehriban Əliyevləri sanki ,,Remo” ilə mübarizədə oldugunu göstərmək, bütün korrupsiya və cinayətlərin onların iradəsi olmadan baş verdiyini cəmiyyətə ,,yedirtmək”.
Nəticədə yenə xalqı aldatmaq .
Bu gün məhkəmədə Tofiq Yaqubluya saxta ittihamla 4il 3 ay həbs qəti imkan tədbiriylə iş kəsildi. Və nə qədər maraqlıdr ki, hakim, Mehdiyevin əmisi oğludur. Əgər Mehtiyev deyildiyi kimi 5-ci kalonun başçısıdırsa, niyə onun qohum-əqrəbası hələ də vəzifədədir? Yaxşı, tutaq ki, gücünüz çatmır həbs etməyə, bəs işdən niyə azad etmirsiniz? Çox maraqlıdır deyilmi?
Cavabı əslində çox sadədir. Əvvəldə qeyd etdiyim kimi bütün baş verənləri ,,Remo”nun üzərinə qoymaqla istədiklərini etmək. Necə ki, dünən Tofiq Yaqublunun məhkəməsində gördük. Məhkəmədən sonra bir çox saytlar və kanallar bu məhkəmənin qərarında Ramiz Mehdiyevin əli oldugunu bir başa və ya dolayı yolla cəmiyyətə ötürürlər. Halbuki, çoxlarımız başa düşür ki, bizdə məhkəmələr azad deyil və siyasi həbslərin hökmünü ölkənin birinci şəxsi verir.
Əziz xalqım, bildiyim bir şey var; Azərbaycan erməni və rusbaşların işğalındadır.Öz varlıqlarını və hakimiyyətlərini uzatmaq üçün bütün oyunlara gedirlər. Sən aldanma, inanma, necə deyərlər ,,İlanın ağına da, qarasına da lənət”.

 

Bunu paylaş: