Ortaq məxrəc: sülh və barış

Hamınızın bildiyi kimi birinci Qarabağ müharibəsi yaddaşlarımzda ağrılı, acılı bir iz buraxdı və bizlərə illərin kədərini, acısını yaşatdı. Torpaqlarımız illərlə düşmən tərəfindən işğal olunaraq təcavüzə uğradı. Bir milyondan artıq vətəndaşımız öz doğma yurd-yuvalarından məcburi şəkildə qovularaq qaçqın düşdülər. Düşmən Ermənistan yurdumuz Qarabağı işğal etdi.

Sentyabr ayının 27-dən başlayan və 44 gün davam edən ikinci Qarabağ müharibəsi Rusiyanın müdaxiləsi ilə bitdi. Sülh anlaşması ilə bitən bu savaş bizə nə vəd edir? Bağlanan anlaşmanın şərtlərinə diqqət yetirsək, Ermənistanın kapitulyasiyası, tam şəkildə qeyri-şərtsiz Dağlıq-Qarabağa heç bir statusun verilməyəcəyi, Ermənistan ordusunun Qarabağ və ətraf rayonlardan geri çəkilməsi, Azərbaycanlı məcburi köçkünlərin Qarabağ və ətraf rayonlarına köçərək yaşaması və ən əsası Azərbaycanın beynəlxlaq hüquq çərçivəsində tanınan sərhədlərinin tam bərpası. Bütün bu şərtlər əsasında bağlanan sazişi Ermənistan hakimiyyəti qəbul etsə də, hələ də erməni xalqı bu sazişi rədd edir və sazişin ləğv edilməsi üçün etiraz aksiyaları, mitinqlər təşkil edirlər.

Görünən isə odur ki, minlərlə gənclərin ölməsinə səbəb olan erməni xalqı hələ də işğalçılıq siyasətindən əl çəkməmiş, tam tərsinə, işğalçılığı açıq şəkildə dəstəkləyərək, Azərbaycan xalqı ilə bərabər sülh içində yaşamaqdan imtina edirlər. Sonda erməni xalqı anlamalıdır ki, qonşu xalqlarla, dövlətlərlə sülh içində yaşamalı və kini, nifrəti unutmalıdırlar. Şəxsi ambisiyalarını bir kənara atmalı və sülhün bərqərar olması üçün əlindən gələni etməlidirlər.

Əziz Əzizli.

Bunu paylaş: