Ordumuz tarix yazır, qələbəmizə saatlar qalıb

Artıq işğalçı Ermənistan tərəfi Laçın dəhlizinin Azərbaycan əsgərleri tərəfindən nəzarətə götürülməsini bildirərək Ermənistan -Dağlıq Qarabağ yolunu bağlamışdır. İşğalçı Ermənistanın Qarabağ və ətraf rayonlara əsas üç yolu olduğundan hər üçü qəhrəman ordumuzun nəzareti altına düşmüşdür. Bu yollar Kəlbəcər yolu, Laçın yolu və Zəngilan -Qubadlı yollarıdır. Artıq Laçın dəhlizi tam azad edildikdən sonra Dağlıq Qarabağımızda olan düşmən mühasirəyə düşəcək və yəqin ki, düşmənin tək çıxışı ordumuza yalvararaq Kəlbəcər istiqamətində geri çəkilmek olacaqdır. Artıq düşmən tərəfi bəzi mühüm strateji nöqtələri itirdiklərini etiraf etmişlər. Bəzi siyasi ekspertlər yaxın saatlarda Azərbaycan ordusunun zəfərindən və qələbəsindən danışacaqlarını bildirmişlər. Yaşasın Azərbaycan əsgəri, biz sizinlə qürur duyuruq.

Mikayıl Əsədov.

Bunu paylaş: