Ordumuz işğal altındakı torpaqlarımızda, yolları nəzarətə götürüb

Azərbaycan ordusunun qəhrəmanlığı ve sərrastlığı nəticəsində dünən düşmənə daha ağır zərbələr vurulub. Ordumuz dünən düşmənə məxsus bir neçə döyüş kolonu, qradlar, toplar, tanklar, artilleriya qurğuları, raket kompleksləri və çoxlu sayda canlı qüvvələri yerindəcə məhv ederek irəliləməkde davam edir. Artıq Xankəndi demək olar ki, düşmən tərəfindən tam boşaldılıb , aldığımız xəbərlərə görə döyüşlər Şuşa şəhəri yaxınlığında gedir. Demək olar ki, Ermənistanın işğal etdiyi Dağliq Qarabağ ve 7 rayonumuzla əlaqələri kəsilmək üzərədir ,ordumuz 90 faiz yolları nəzarətə götürmüşdür. Düşmənə köməyə gələn canlı qüvvə və texnikaları dəqiq atışla məhv edilmişdir. Artıq işgalçı Ermənistan öz havadarlarından Azərbaycanın dayandırılması üçün komək istəsə də, bunun boşa çıxdığını anlayır. Artıq bu müharibədə dayandırılması işğalçı Ermənistanın, Azərbaycan tərəfinin sülh tələbini qəbul etməli, Ermənistan ordusu dərhal işğal etdikləri Dağlıq Qarabağ ve 7 rayondan öz ordusunu çıxarmalıdır. Bu, rəsmi Bakının mövqeyidir ve ancaq bu şərtle müharibe dayana bilər.

Mikayıl Əsədov.

Bunu paylaş: