Oqtay Gülalıyev üçün xalq narahatdır

 

Aldığımız xəbərə görə, hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhəti yenidən pisləşmişdir. Bu barədə oğlu Təbriz Gülalıyev xəbər vermişdir. Oqtay bəyin oğlu atasını təcili olaraq Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasına köçürmüşdür. Bir müddət əvvəl səhhətində irəliləyiş olmasına baxmayaraq son bir neçə gündə Oqtay Gülalıyevin vəziyyəti qəflətən pisləmişdir. Oqtay bəyin bir neçə gündür ki epilepsiya keçirdiyi və vəziyyətinin daha da ağırlaşdığı bildirilir.

Oqtay Gülalıyev 29.10.2019 tarixində piyada keçidini keçdiyi zaman taksi sürücüsü tərəfindən vurulmuşdur. 2 ilə yaxındır ki, koma vəziyyətindədir.

Xatırladaq ki, Oqtay bəy “Tərtər genosid” ini araşdıran ilk insanlardan biri olmuşdur. Ehtimal olunur ki, bu araşdırmalardan sonra Oqtay Gülalıyevə sui-qəsd edilmişdir.
Xəbər portalımız adından Oqtay Gülalıyevin yaxınlarına səbr diləyirik və inanırıq ki, səhhəti tezliklə yaxşılaşacaq və ayağa qalxacaqdır.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın