Ölkədən, cəmiyyətdən adam iyrənir.

Hamı kimisə aldatmaq istəyir, hamı kiməsə satqın deyir, hamı trollluq edir, hamı nəyinsə müqabilində ağ yalan danışır, hamı kimisə qaralayır.
Gələcəyinə biganə, kukla kimi idarə olunan canlı yığını düşünmür ki, mənim ulu babam axmaq olub, babam da axmaq olub, atam da eynən. Heç biri mənə normal ölkə, sistem qurub miras qoymayıb. İl olub 2020… Bəlkə mən övladıma, nəvəmə bu lənətlənmiş zənciri ötürməyim!
Kimə baxırsan deyir ki, filankəs qərbə işləyir, qərbə satılıb. Vallah sən qərbin ümumiyyətlə vecinə deyilsən, qərb oturub piyvəsin içir. Vaxtında döyüşüb, qurub yaratdığı öz cənnətində.
Ayy gənclər, özünüzə normal bir ölkə qurun, yazıqsınız. Bu dedi qoduların, bu iyrənc siyasətin, bu xofun, bu aqressiyanın, bu trolluğun, təmənna ilə yaşamağın, bu yaltaqlığın, bu qorxaqlığın və bu Azərbaycan adlı bataqlığın içində bir də başını qaldırıb baxacaqsan ki, qocalmısan prostatında xərçəng çıxıb və əməliyyat etməyə 50 min pul lazımdır. Nə tibbi siğortan var, nə vətəndaşa xidmət edən sistem, nə normal dövlətin ki, sənə qayğı göstərə. Gəncliyində eşşək kimi işləyib aldığın evi, maşını satıb, uçacaqsan əməliyyat üçün İsrailə, Almaniyaya. Ama düşün ki, sən normal ölkə qursan, həkimlərin də savadlı olar, yaşayışın da asan və mənalı olar. Müəllimlərin vicdanlı, şagirdlərin bilikli, şairlərin dürüst, polislərin humanist, uşaqlarının gələcəyi parlaq və s. şeylər asan, gözəl və maraqlı olar. Mən tək nə edə bilərəm ki, demə. Hərə öz həyətini süpürsə, hər yer təmiz olar. Sən tək də deyilsən əslində, mən varam, o var, bu var, onlar var. Önəmli olan isə birləşib “biz” ola bilməkdir. Biz niyə istəyimizə çata bilmirik? Çünki güc birlikdədir, ama bizdə də birlik yoxdur. Gəlin birləşək 1 yumruq kimi. Gəlin birləşək 1 ordu kimi. Gəlin birləşək Azərbaycan kimi.

İmza; Xatirə Cəbrailova

Bunu paylaş: