Oktay Gülalıyevin oğlu, Təbriz Gülalıyevdən xəbər var

 

Azərbaycanın tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev yol-nəqliyyat qəzasına düşmüşdür. Aldığımız xəbərə əsasən, Təbriz Gülalıyevin vəziyyəti orta – ağır qiymətləndirilir. Həkimlərin verdiyi xəbərə görə, qəza nəticəsində baş nayihəsindən kəllə-beyin travması almış və bədəninin bir neçə yeri əzilmişdi.

Bildiyiniz kimi, Oqtay Gülalıyev 2019 – cu ilin oktyabr ayından başlayaraq koma vəziyyətindədir. O, Bakının mərkəzi küçələrindən birində, piyada keçidindən keçərkən avtomobil tərəfindən vurulmuşdur.
O, ölkədə baş vermiş Tərtər işi ilə bağlı, araşdırma aparanlardan biridir. Tərtər qətliamında sirlərin açılmasında böyük rolu olmuşdur. Bu səbəbdən Oqtay Gülalıyevə sui-qəsd edildiyi ehtimal olunur.

Son vaxtlar ailəsi və yaxınlarından aldığımız xəbərə görə, Oqtay Gülalıyevin vəziyyəti getdikcə yaxşılaşmağa doğru gedirdi. Deyəsən, Oqtay bəyin sağalmasından narahat olanlar vardı. Ola bilsin ki, Gülalıyevin oğlu Təbrizin atasının araşdırmaları ilə bağlı yaxından tanışlığı və bilgisi vardır.

Bu gün (29.05.2021)aldığımız məlumata əsəsən Təbriz Gülalıyev həkim nəzarətindədir və vəziyyəti hələlik orta ağır olaraq qalır.

Bəlkə də (təxmin edilir) Oqtay bəyin oğlu Təbrizin qəzaya düşməsi sui-qəsd nəticəsindədə ola bilər. Necə ki, bir neçə il bundan əvvəl Oqtay Gülalıyev sui-qəsd nəticəsində ölümlə üz-üzə qalmışdır.

Oktay Gülalıyev və oğlu Təbriz Gülalıyevə Allahdan şəfalar diləyirik.

Mikayıl Əsədov.

Bunu paylaş: