Obyektivin subyektiv fikirləri

𐰣𐰆𐰺𐱅𐱅𐰤 𐰡𐰪𐰣

Mətbuat yazır ki, Zaqatalada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan bir qrup şəxs saxlanılıb. Həmişə bu “qanunsuz dövriyyəsi” fikrini aşağı – yuxarı ələk-vələk edirdim, amma bir şey qana bilmirdim. Nəhayət ki, “Evrika”, tapdım. Hamı, yəni məmə deyəndən pəpə yeyənə, bilir ki, narkotiklər monopoliya malıdır və bu monopoliyanın da sahibləri çox yuxarılarda əyləşmiş dızıx kişilərdir, hökumət adamlarıdır, mafia babalarıdır. Bunu hətta “qanunsuz dövriyyə” ilə məşğul olanları saxlayan polis nəfərləri də bilirlər. Deməli o polislər çox doğru hərəkət ediblər, çünki qanunsuz işlərlə məşğul olmaq olmaz. Adamların qanuni bazarları ilə qanunsuz yollarla rəqabətə girmək istəyirlər. A kişi, sən də get hökumətdə işə gir, ondan sonra bazara qanuni şəkildə girmək hüququ qazan ki, səni də həbs edən olmasın. Yoxsa qatırçının qatırını hürküdəndə bilmirdin ki səni tutacaqlar?!


Qanunun aliliyini qorumaq və təmin etmək hər bir vətəndaşın müqəddəs borcudur. Məsələn, lap elə götürək TƏRTƏR GENOSİDİNİ, adamlar hökumətdə yüksək postlarda əyləşiblər və ordunun əsgərləri ilə öz qulları kimi istədikləri kimi davranırlar, yəni bu onların qanuni hərəkətləridir, quldar qulu ilə istədiyi kimi davrana bilər, burda qanunsuz bir iş yoxdur. Ona görə də siz də hökumətdə işə girin ki, işləriniz qanuni olsun və bir kopoolu sizə bir söz deyə bilməz ondan sonra.

Nurəddin Kaqan.

Bunu paylaş:

Bir cavab yazın