Noyabrın 12-si Azərbaycanda Konstitusiya günü kimi qeyd olunsada…

Noyabrın 12-si Azərbaycanda Konstitusiya günü kimi qeyd olunur.
1995-ci ildə Azərbaycan yenidən müstəqilliyini bərpa etdikdən sonra, ümumxalq referendumu ilə ilk öz qanunları olan Azərbaycan Respublikasının Konstitusiyasını qəbul etmişdir.
Konstitusiyamız 5 bölmədən, 12 fəsildən və 158(164 ) maddədən ibarətdir.
Konstitusiyada 2002 və 2009 – cu ildə ilk dəyişikliklər və əlavələr edilmişdir.
Bayramlar arxa-arxayadır.
Həm Qarabağımızın işğaldan azad edildiyi üçün bayramdır bizlərə, həm də digər əlamətdar bayramlarımız var.
Ümid edirəm ki, xalqın bu günlərdə necə sevinirsə daima belə sevinər, gülər. Sən buna layiqsən əziz xalqım. Çox təəssüf ki, Azərbaycanda hələdə bəzi konstitusiya qanunlarına əməl edilmir, məsələn ( demokratik seçki, azad toplaşma, azad söz, korrupsiya , insan haqları və s)

Mikayıl Əsədov.

Bunu paylaş: