Nizami Məmmədov Nəcməddin Sadıqovun adamı imiş?

Bir neçə gün bundan əvvəl Müdafiə Nazirliyinin Maliyyə və Budcə İdarəsinin rəisi general-mayor Nizami Məmmədovun həbs edildiyi xəbəri yayılmışdır. O, hərbi məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs edilmişdir.

Nizami Məmmədov kimdir?
O, İlham Əliyevin sərəncamı ilə 2020-ci il 25 iyunda general-mayor rütbəsi ilə təltif edilmiş. 2018 – ci ildə “Vətən Uğrunda”, 2020 – ci ildə isə, “Hərbi Xidmətlərə Görə” medalı ilə təltif edilmişdir. Nizami Məmmədov bu vəzifələrdən əvvəl “N” saylı hərbi hissələrdə taqım komandiri və hərbi hissə komandiri kimi çalışmışdır.

Hərbi Prokurorluqun yaydığı məlumata görə, general-mayorun həbsinə səbəb dövlət vəsaitinin mənimsənilməsi kimi göstərilsə də, əsl səbəb başqadır.

Nizami Məmmədovun həbsinə səbəb, sabiq Baş Qərargah Rəisi Nəcməddin Sadıqova yaxınlığıdır. Bəzi məlumatlarda hətta, Nizami Məmmədovun Nəcməddin Sadıqovun “qara kassiri” olduğu da deyilir.
Digər tərəfdən, general-mayorun bu qədər qısa zamanda yüksək rütbə və yüksək vəzifə ilə təmin edilməsində sabiq BQR-i dəstəyinin olduğu deyilir.

Bir sözlə, Azərbaycanın Müdafiə Nazirliyində təcili islahatların aparılmasına ehtiyac olduğunu deyə bilərik. Ən azından Tərtər işində demək olar bütün rəhbərliyin əli olduğundan və digər tərəfdən dövlətçiliyin qorunması üçün bu , edilməlidir. Əks təqdirdə Nəcməddin Sadıqov və onun Nizami Məmmədov kimi minaları Müdafiə Nazirliyində çoxdan basdırılmışdır. Bunlar kimilər hər an dövlətin sonunu gətirə bilələrlər…

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın