Niyə? Yeni nazir muavinliləri “slavyan ” kökənlidirlər

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev imzaladığı sərəncamı əsasında, yeni Gənclər və İdman naziri müavinləri təyin etmişdir. Maraqlısı budur ki, yeni təyin olunan müavinlər, hər ikisi slavyan kökənlidir. Yeni nazir müavinləri İndira Hacıyeva və Mariana Totevadır.

Niyə? Gənclər və İdman nazirinin müavini slavyan kökənlidir.

Bir neçə gün əvvəl, İlham Əliyev Putinlə görüşündə belə bir söz işləmişdir: “Azərbaycan məktəblərinin 34 faizi rusdillidir”. Bundan sonra isə, İlham Əliyev Putinə “jest” edərək, slavyan kökənli daha iki nəfəri yüksək vəzifəyə təyin etdi.
Aldığımız daha bir məlumata görə, nazir müavini təyin edilən hər iki xanım, Azərbaycanın vitse-prezidenti Mehriban Əliyevaya yaxınlığı ilə seçilməkdədir.

Görünür, Kremlin tarix boyu, Azərbaycanı gəlmələrlə idarə etmək siyasəti bu gün də davam etməkdədir. İlham Əliyevin iki azərbaycanlını işdən azad edərək, əvəzinə iki slavyan kökənlini təyin etməsi buna bir sübutdur. Beləliklə, Azərbaycan gəncləri indi də rusyadan idarə olunacaqdır.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın