Niyə son vaxtlar Rusiya “Bayraktar TB2” vura bilmir,  sirr nədədir?

Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasəti 6 aydır ki,  davam edir. Demək olar ki,  hər iki tərəf müharibənin başladığı yerlərində dayanmaqdadır. Bu müharibədə Ukrayna dünyanın bir çox ölkələrinin istehsalı olan Pilotsuz Uçuş Aparatlarından istifadə edərək Rusiyanı dayandırmaqdır.

Diqqətimimizi çəkən məqam isə,  Türkiyənin Ukraynaya satdığı “Bayraktar TB2” – lərdir. Bilirik ki,  rəsmi Kiyev Türkiyə PUA-larına ilk maraq göstərən ölkələrdən olub. Bir neçə ay bundan əvvəl də bir neçə “Bayraktar TB2” sifariş verildiyi və artıq Ukraynaya çatdırıldığını gördük.

Bilirik ki, Rusiya PUA-lardan qorunmaq üçün, çox güclü hava müdafiə sistemi qurmuşdur. Ən müasir hava müdafiə sistemlərinin içində “S-400”-lərin də olduğu deyilir. Bəli,  müharibənin ilk günlərindən, guya Rusiya tərəfi hər gün bir “Bayraktar TB2” məhv edərək ictimaiyyətə təqdim edirdi.
Son 4 ayda demək olar Rusiya tərəfinin bir ədəd olsun türk PUA-sı vura bilməməsi diqqətimizi çəkdi.
Görünür,  Türkiyənin Ukraynaya son satdığı “Bayraktar  TB2” PUA-larında daha özəl müdafiə sistemləri vardır. Bu səbəbdən Rusiya tərəfi dəfələrlə Türkiyəyə bu barədə etiraz etmişdir. Görünür,  rus hava hücumundan müdafiə sistemləri tük mühəndislərinin qarşısında açizdirlər.

Sonda qeyd etmək  lazımdır ki,  Türkiyə istehsallı PUA-lar Ukraynanı qələbəyə daha da yaxınlaşdırmaqdadır. Elə bu səbəbdən də Türkiyənin uğurlu PUA-ları dünya gündəmində ən çox müzakirə edilən məsələlərdən biridir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın