Niyə Qərb bizə Qarabağa görə təziyq edir?

Hörmətli oxucular, son vaxtlar bəzi Qərb ölkələrinin Azərbaycana qarşı təzyiqləri artmaqdadır. Hakimiyyət bu təzyiqin Azərbaycanın Dağlıq Qarabağda apardığı siyasətdən sonra baş verdiyini bildirir. Bəzi hallarda hakimiyyət bunu xristian birliyi kimi qələmə verir. Bəli, müəyyən xristian qüvvələrin Qərbdə siyasətə təsiri olsa da, bu hansısa dövlət səviyyəsində təsir gücünə malik deyildir. Yəni bu yanaşma kökündən  yanlışdır. Belə bir yanaşma hakimiyyətə məxsusdur. Bu siyasəti yürutməklə özlərini xalqa günahsız göstərirlər.

Gəlin bu məsələnin kökünü axtaraq; Qərb ölkələri hər zaman bəzi regionlarda özlərinə daimi əməkdaş ölkələr axtarmaq siyasəti aparırlar. Lakin bu dövlət həm də Qərbin demokratiya standartlarına cavab verməlidir.
Bu gün Azərbaycana tətbiq edilən qərəzli mövqelərin hamısı İlham Əliyevin və hakimiyyətinin yanlış siyasətinin nəticəsindədir. Azərbaycan Qərbin Beynəlxalq qurumlarına daxil olduğu zaman demokratiya və insan haqlarına dair öhdəliklər götürmüşdür.

Çox təəssüf ki, bu öhdəliklərin heç biri indiyə qədər yerinə yetirilməmişdir. Bu səbəbdən də Azərbaycan xalqı əziyyət çəkir. Bununla bildirmək istərdik ki, hakimiyyət Qərbin qərəzli mövqeyini başqa istiqamətə yozsa da, reallıq başqadır. Hər şey demokratiyadan başlayır…

Mikayıl Əsədov.

Bunu paylaş: