Niyə Füzuli hava limanı?

Bir neçə gün bundan əvvəl Azərbaycan prezidentinin verdiyi açıqlama hər kəsdə təəccüb doğurmuşgur; Söhbət İlham Əliyevin Şuşa şəhərimizə etdiyi səfər zamanı Füzuli rayonunda tikilməkdə olan hava limanının  gələcəkdə hansı marşrutlarla işləyəcəyinə dair verdiyi açıqlamadan gedir. İlham Əliyev qeyd etmişdir ki, hər kəs Şuşaya Füzuli istiqamətində yeni salınmış yolla gedəcəkdir. Burada iki məsələ ortaya çıxır: Birincisi, niyə Xocalıda hava limanı olduğu bir halda, Azərbaycan vətəndaşları Füzuli hava limanından istifadə etməli olacaqdır?
İkincisi isə, niyə Azərbaycan vətəndaşlarl avtomobil yolu ilə Füzuli- Şuşa yolundan istifadə etməlidir?


Bu gün azərbaycanlıları bir məsələ maraqlandırır – niyə biz Ağdamdan keçməklə Xankəndinə və ordan da Şuşaya gedə bilmirik?
Rusiya mətbuatının verdiyi məlumata görə, 11.01.2020 – ci il Moskva görüşü zamanı Putin İlham Əliyevdən Xocalı hava limanı rus sülhməramlı qoşunlar üçün istəsə də Azərbaycan prezidenti bundan imtina etmişdir. İlham Əliyev Rusiya sülhməramlıları üçün Füzuli hava limanını təklif etmişdir və gələcəkdə rus təyyarələri Füzuli hava limanından  yararlanacaqdır. Əsas məsələ isə, bəzi siyasətçilərin fikrincə, Ağdam ,Xankəndi, Şuşa yolları hələlik tam təhlükəsiz deyildir. Bu yolların minalardan təmizlənməsi üçün illər lazım olduğundan Azərbaycan tərəfi hələlik alternativ yoldan istifadə etməli olacaqdır.

Mikayıl Əsədov.

 

Bunu paylaş: