Niyə Erməni deputatlar Qarabağa buraxılmadı?

Sosial şəbəkələrdə yayılan məlumatlara görə “Rusiya sülhməramlıları” Ermənistan Parlamentinin deputatlarını Laçın dəhlizindən buraxmamışlar. Nəticədə onların Qarabağa qanunsuz səfərinin qarşısının alındığı deyilir. Yayılan xəbərdə qeyd edilir ki, Robet Köçəryan, Serj Sarkisyanın və Seyran Ohanyanın blokundan olan deputatlar bir müddət gözlədikdən sonra Ermənistana geri dönmüşlər.

Bu xəbərdən sonra İlham Əliyevin quyruq bulayanları yenidən aktivləşməyə başlamışlar. Yaltaq məmurlar Ermənistan Parlamentinin deputatlarının Xankəndinə gedişinin qarşısının guya İlham Əliyevin siyasəti nəticəsində alındığını qeyd etmişlər. Lakin əsl səbəb başqadır…

Niyə Ermənistan Parlamentinin deputatları Laçın dəhlizindən buraxılmadı?
Fikir versəniz görəcəksiniz ki, həmin deputatlar Baş Nazir Nikol Paşinyanın qatı düşmənləri olan Köçəryan, Sarkisyan və Ohanyanın blokundan olan müxaliflərdir.
Bir neçə gün bundan əvvəl Ermənistan Baş Naziri öz çıxışında müxalifətin ölkədə xaos yaratmaq istədiyini qeyd etmişdir.

O, bir daha vurğulayıb ki, Köçəryan, Sarkisyan, Ohanyan birliyi ölkədə çevriliş etmək üçün planlı şəkildə hərəkət etməkdədirlər. İndi aydın olur ki, Ermənistan Parlamentinin deputatlarının Xankəndinə buraxılmamasının əmrini Paşinyan vermişdir. Baş nazir bununla Xankəndində təşviş yaratmağın qarşısını aldığını bildirmişdi.

Bir sözlə, erməni deputatların Azərbaycan torpaqlarına gəlməsinin qarşısını İlham Əliyevin siyasəti yox, Paşinyanın tapşırığı almışdır! Bundan istifadə edən İlham Əliyev müdafiəçiləri xalqa yalan məlumat verməkdədirlər.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın