Niyə bizim xalqa borc pullar yüklənir ?

Hörmətli oxucular, Asiya İnkişaf Bankı Azərbaycana 2023 ilə kimi 800 miliyon dollara yaxın kredit verməyə qərar verib. Azərbaycanın neft, qazdan və qızıldan gələn gəlirini nəzərə alsaq, bizim hər hansı bir Beynəlxalq banklardan kredit almağımıza bir səbəb yoxdur.
Artıq illərdir Azərbaycan Beynəlxalq banklardan aldığı kreditləri yüksək fazilə geri qaytarmalıdır. Əgər Azərbaycanın illik dövlət büdcəsi 30 milyard manat hesablanırsa, bu pullar hara gedir bilinmir.
Niyə bizim gəlirlərimizin çox olduğu halda Beynəlxalq banklardan kredit almalıyıq. Bu isə İlham Əliyev və onun hakimiyyətinin yürütdüyü siyasətin nəticəsidir. Bu halda isə Azərbaycan, dünya miqyasında büdcə itkisinin yüksək olduğunu göstərən ölkələrdən biridir.
AİB və başqa kreditləri Azərbaycan on illərlə geri qaytarmalıdır və bu isə gələcəkdə həm xalqa, həm də büdcəyə xeyrindən çox zərəri olan bir siyasətdir.
Bu kredit siyasətin yalnız bir niyyəti var, gələcəkdə Azərbaycanı asılı vəziyyətdə saxlamaq.

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: