Niyə? Beynəlxalq Təşkilatlar Azərbaycandakı yeni “Media Qanunu” na görə səsiz qalıblar

 

Azərbaycanda media haqqında qanuna dəyişikliklər, bir neçə gün bundan əvvəl Milli Məclisdə qəbul edilmişdir. Deyə bilərik ki, İlham Əliyev tam olaraq Azərbaycan mediasın nəzarətə götürmüş oldu. Sadə dildə qeyd etsək, kimsə jurnalist kimi fəaliyyət göstərmək istəyirsə, dövlətdən icazə almalıdır. Bir sözlə, hakimiyyətə yaltaqlanmaq və onların dediklərini etmək.

Digər tərəfdən baxdıqda ölkəmizdə söz azadlığı olmadığı üçün, İlham Əliyevin bu cür qərarlar çıxarmasıda başa düşüləndir. Dünya təcrübəsində “Diktatorlar” hər zaman medianı nəzarətdə saxlamaqla, xalq etirazlarını müəyyən bir vaxta qədər boğmuş olurlar. Eyni vəziyyət bu gün Azərbaycanda getməkdədir.

Daxili vəziyyətin gündən günə pisləşməsi və xalqın etiraz etməsinə gətirib çıxaracaqdır. Bunda ehtiyat edən İlham Əliyev və hakimiyyəti, ilk öncə medianı hədəf almaqdadır. Bizləri maraqlandıran isə, Qərbin fikirləridir…

Fikir verdinizsə, hakimiyyət
hərəkətin bu oyununa Qərb və Beynəlxalq təşkilatlar susqunluq göstərməkdədir. Sanki Avropa İlham Əliyevi dəstəkləyirmiş kimi özünü aparır.
Araşdırmalarım göstərir ki, İlham Əliyevin son Brüssel səfərindən sonra, Qərb ölkələri və Beynəlxalq Təşkilatlar hakimiyyətə qarşı fikirlərini dəyişmişdir. Görünür Əliyevlər ailəsi hakimiyyəti əlində saxlamaq üçün, hansısa dövlət maraqlarını qurban vermişdir.
İnanıram ki, yaxın zamanda, Qərbin hansı səbəbə görə “Diktator” dəstəklədiyinin şahidi olacağıq.

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın