Niyə Azərbaycan KİV-ləri susur?

 

Rusiyada dünən baş verənlər Azərbaycanda bəzi quvvələri hərəkətə keçirməyə məcbur edib. Azərbaycan hakimiyyətində olan 5-ci kolon iş başında olduğu bir daha sübut olundu. Söhbət  bütün dünyanın gözü Rusiyada olduğu bir vaxtda, Azərbaycan xəbər portallarının 90 faizi fikri yayındırmaq üçün mənasız xəbərlər dərc edirlər. Rus xalqının ayağa qalmasını isə İlham Əliyev və hakimiyyəti vəziyyəti diqqətlə izləyərək ordakı , mitinqlərin Azərbaycana sıçramasından qorxurlar. Niyə Azərbaycan xəbər portalları Qərbdə bir mitinq olan kimi, tez xalqın beyninə hər şeyi pis cəhətdən yeritmək istəyirlər? Niyə Rusiyadakı, mitinqləri işiqlandırmaqdan çəkinirlər?


Burdan aydın olur ki, Azərbaycanda olan KİV-lər hakimiyyət (5-ci kolon ) tərəfindən idarə olunur. Bəzi müxalifyönlü xəbər portalları da hakimiyyətin təziqi altında olduğu üçün açıq danışa bilmirlər.
Burda üç fikir ortaya çıxır; hakimiyyətin təzyiqi, 5-ci kolon və yaxud şimal qonşumuzda baş verənlər Azərbaycana sıçraya bilər. Bu isə İlham Əliyevi və hakimiyyətinin illərdir ölkəmizdə söz azadlığına qarşı olan siyasətidir . Ölkədə illərdir aparılan bu siyasətlə xalqın beynini yumağa çalışsalar da, buna nail ola bilməyəcəklər.

Mikayıl Əsədov.

 

Bunu paylaş: