Niyə?! Anım yürüşündə, bir nəfər də olsun məmur övladının şəkili yox idi…

 

27.09.2021 – ci il tarixində bütün dünya azərbaycanlıları, Qarabağ müharibəsinin başlanmasına həsr olunmuş “anım” mərasimi keçirdilər. Azərbaycanın bütün yerində şəhidlərimizə həsr olunan “anım” mərasimi baş tutmuşdur. Paytaxt Bakıda baş tutan Anım yürşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və onun xanımı vitse-prezident Mehriban Əliyeva da iştirak etmişlər. Bakının mərkəzində baş tutan yürüşdə, Qarabağ müharibəsi zamanı canından keçən bütün şəhidlərimizin portretləri ilə birgə hərəkət edən insanların arasında Azərbaycan prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyeva da vardı. Bu tədbir xalqımızın şanlı tarixinə, öz adlarını qanları bahasına yazdırmış hərbçilərimizə həsr olunduğu üçün, qürurverici idi.

Tədbirdə ən diqqət çəkən məqam isə, şəhidlərimiz arasında bir nəfər də olsun məmur övladının olmaması idi.
Hər kəs Qarabağ döyüşlərindən əvvəlki günləri xatırlayır. Tovuz hadisələri zamanı, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlanlarının, necə ictimaiyyətdə şou göstərdiyini görmüsünüz. Fikir versəniz, 44 günlük müharibədə şəhid olanların 90 faizi “qara”xalqın övladlarıdır. Səbəbi isə müharibə zamanı məmurları düşündürən iki şey var idi, xalqdan oğurladığı sərvətlər və öz yaxınları.
Bu gün də İlham Əliyev bilməlidir ki, düz bir il bundan əvvəl onu dünyada qəhrəman kimi tanıdan həmin “qara” xalq olmuşdur. O, qara xalq ki, həmin məmurlar tərəfindən daim əzilməkdədirlər.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın