Niyə Amerika Ukraynadan zəmanət istəyib?

Amerika Birləşmiş Ştatlarının Dövlət Departmentinin sözçüsü Ned Prays Ukrayna müharibəsi ilə bağlı maraqlı cavab vermişdir. O, jurnalistlərlə görüşündə: “biz verdiyimiz silahlara görə Ukrayna rəhbərliyindən zəmanət almışıq ki, bu silahlar Rusiyaya qarşı istifadə edilməyəcəkdir”,- deyərək bildirmişdir. Daha sonra Ned vurğulayıb ki, Amerika və Avropa ölkələrinin rəsmi Kiyevə verdiyi silahlar müdafiə xarakteri daşımaqdadır.

Amerika rəsmisi öz səhvini düzəldərək, bir daha qeyd etmişdir ki, söhbət Rusiya ərazisindən getməkdədir.
Bu zaman belə bir sual ortaya çıxır: Ned Praysın sözlərinə Krım yarımadası, Donetsk və Luqansk da daxildir I?
Digər tərəfdən, əgər bir ölkə digərinə hücum edərsə, bu zaman hücuma məruz qalanında cavab vermək haqqı vardır. Görünür, Amerikanın maraqlarında, Ukrayna ərazisində ikinci Suriya faktoru yaratmaqdır. Əgər hər gün Qərb Ukraynaya bağıraraq müttəfiq deyirsə, niyə rəsmi Kiyevin qarşısında şərt qoyur?.

Bu, Rusiyanın Ukraynaya qarşı yürütdüyü işğalçılıq siyasəti aydan çox davam etdiyi bir vaxtda, Amerika nümayəndəsinin bu sözləri deməsi anlaşılan deyildir. İndiki vaxt Zelenskinin Co Baydenə daha çox ehtiyacı vardır. Çünki hər iki tərəf çoxlu sayda hərbi texnika və canlı qüvvə itirməkdədir. Lakin Rusiyanın ehtiyatı olduğundan, çətin vəziyyətdə Ukrayna qalmaqdadır.

Bəlkə də Ned Praysın bu çıxışının digər siyasi məqsədləri vardır. Ola bilər ki, Rusiya bu barədə Amerikaya xəbərdarlıq etmiş və bu üzdən rəsmi Vaşinqton ehtiyatlı danışmaqdadır. Amerikanın Dövlət Departamentinin bu sözləri Rusiyanı sakitləşdirmək üçün bir əməldir. Çünki Qərbin dəstəyi olmasaydı, Ukrayna Rusiyanın qarşısında bir saat dayana bilməzdi.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın