Niyə Almaniya Ukraynaya başqa cür yanaşır?

Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasətinə qarşı demək olar ki, bütün dünya etiraz etməkdədir. Kimsə açıq şəkildə, kimsə sanksiyalara qoşulmaqla öz mövqeyini göstərməkdədir. Görününən budur ki, Amerika, əsasən də Avropa ölkələri mütəmadi olaraq rəsmi Kiyevə yardımlar etməkdədir. Lakin müharibənin başlamasında bu günə kimi, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar əleyhinə etiraz edən Almaniya vardır.

Fikir versəniz, rəsmi Berlin Rusiyanın, əsasən də enerji sahəsinə tətbiq edilən sanksiyalara qarşıdır. Hətta iş o yerə gəlib ki, sabiq Kansler Herhard Şröder Rusiyanı tam təcrid etməkdən imtina etmişdir. O bunun mümkünsüz olduğunu Bundestaqda dəfələrlə ifadə etmişdir.
Şröderin bu fikirlərinin arxasında isə, enerji gəlirlərinin durduğu açıq şəkildə görünür. Bilirik ki, Avropanın ən zəif nöqtəsi enerjidir.

“Şimal Axını -2” müqaviləsinin dayanması alman büdcəsinə və iqtisadiyyatına böyük zərbələr vurmaqdadır. Rəsmi Berlin, sadəcə siyasi baxımdan öz mövqeyini bu cür göstərməyə calışır.

Lakin görünən tərəf yuxarıda qeyd etdiyimiz olmadığını sizlərə qeyd etmək istərdik.
Herhard Şröderin belə əl-ayağa düşməsinin səbəbi enerji üzərindən qurulan mövqe siyasətidir. Son vaxtlar Avropa ölkələrində almanlara olan etiraz getdikcə artmaqdadır. Bu etirazları dayandırmaq üçün, enerji siyasəti əsasında Avropa ölkələrini əlində saxlamaqdır.
Hər kəs anlayır ki, kim Avropaya enerji versə, onun sözü keçərli olacaqdır. Bununla da istənilən ölkənin siyasətinə müdaxilə etmək şansını əlində saxlayacaqdır.

Bu vəziyyətdə də, Almaniya Rusiya ilə enerji bazarı sahəsində razılığa gəlmişdir. Belə olduğu halda, Putin bütün enerji satışını ilk əl kimi Almaniyaya yönəltmək istəyirdi.
Bu gün Rusiyaya qarşı Almaniyanın dövlət mövqeyinin çox Yumşaq olması da bundan ibarətdir. Üstəlik də Şröderi narahat edən Azərbaycan, Türkmənistan enerjisinin Türkiyə üzərindən satılmasıdır. Görünür, artıq Türkiyə Avropada enerji sahəsində almanları qabaqlamaqdadır. Ukrayna ilə Almaniyanın da münasibətlərinin soyuq olması rəsmi Berlinin enerji siyasəti olmasıdır.

Sonda indiki Kansler Olaf Şolzda sabiq Kansleri bu siyasətin qınamışdır. Lakin Almaniya gəlir üzərində duran bir ölkə olduğundan, indiki rəhbərin etirazı sadəcə teatr səhnəsi kimidə dəyərləndirilə bilər!

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın