Niyə 5-ci kolona güzəşt edilir ?

Haqlı bir sual yaranır.-Bəs deyilənlər doğrudursa, Bəylərə, Hadiyə niyə güzəşt edildi, Baş nazirə niyə göz yumuldu?! Yəqin, onlarınkı toy yox, gerçəkdən toplantı imiş… Unutmayın ki, bizdə qanunlar səlahiyyət sahiblərinə aid deyil. Hansı birini deyim..?Açığı, bu günlərdən yaman çox qorxuram. Məkrli və fürsət gözləyən düşmən AXCP-Müsavat iqtidarı zamanı yunoloq polkovnik Surətin kəcavəni Bakıya çəkməsindən necə istifadə elədisə, indi də qorxasan, 5-ci kolondu deyib ikitirəliyi atıblar ortalığa, erməni də o yanda dürlü-dürlü plan qurmaqda! Ay qardaş, ay bacı, ay bala, ay nəvə, biz bu yanaşma ilə necə səfərbər ola bilərik? Necə bir, birgə ola bilərik?! Bu hakimiyyətdirsə, dünənə qədər onun baş ideoloqu olan bir adam bu gün orada yoxdursa niyə narahatsınız? Sizlər səlahiyyətə, vəzifəyə bu günmü gəlmisiniz? Yox, yəqin ki, dünən, srağa gün! Hansı köpəyoğlu inanar ki, R.Mehdiyevin xeyir- düasını almayan onun zanmanında kresloda oturub, vəzifə sahibi olub..! Sizlər hər biriniz ya onun qulbeçəsi olmusunuz, indi də hiss edirsiniz ki, 40 gün tamamdır ( əyri yolun davam müddəti). Ya da sizə meydan verilməyib, qovulmusunuz, təhdid edilmisiniz, indi də qisasınzı alırsınız. Mehdiyev də kimə dədəlik eləyibsə kişi kimi, dəlil, sübutlarla siyahını qoya ortalığa.., Görəsən, onda kimin boğazı qurumayacaq?! Xalq əslində çox gözəl bilirdi ki, ölkəni kim idarə edirdi. Allaha şükür ki, yuxarılar özləri həqiqəti etiraf elədilər…
Allah axırımızı xeyir eləsin…

Bunu paylaş: