Niyə? Əsir düşmüş əsgərlərimiz barəsində Müdafiə Nazirliyi indi xəbər verir…

Dekabr ayının 18-də Ermənistan mətbuatı, iki Azərbaycan əsgərinin əsir düşdüyü barədə məlumat yaymışdır. Azərbaycan Müdafiə Nazirliyi isə, dekabrın 20-də həmin əsgərlərin ölkəmizə təhvil verildiyini ictimaiyyətə bildirdi. MN-nin məlumatına əsasən, dekabr ayının 18-də əsgər Hüseynov Teymur Ələddin oğlu və əsgər Mustafayev Murad Mikayıl oğlu əlverişsiz hava şəraitində yolu azaraq düşmən tərəfinə keçmişlər.

“Rusiya sülhməramlıları” – nın vasitəsi ilə danışıqlar aparıldıqdan sonra, hər iki əsgərimiz Azərbaycana təhvil verilmişdir.

Məsələnin maraqlı tərəfi isə, Müdafiə Nazirliyinin iki gün sonra ictimaiyyətə xəbər verməsidir. Niyə? hakimiyyət xalqı aldatmağa çalışır. Müdafiə Nazirliyinin xalqın qınağından qorxaraq bu addımı atdığını deyə bilərik. Bildiyiniz kimi əsgərimizin əsir düşdüyü müddətdə, Azərbaycan 10 erməni hərbçisini Ermənistana təhvil vermişdir. Görünür, hakimiyyət xalqın qəzəbindən ehtiyatlanaraq bu qərarı qəbul etmişdir. Müdafiə Nazirliyi anlayır ki, ölkədə hər an qəzəb dolu etirazlar başlaya bilər. Bu səbəbdən də vətəndaşları aldatmağı üstün tutmuşdur.
Beləliklə, geri qaytarılan əsgərlərimizin vəziyyəti yaxşıdır. Məsələ ilə bağlı araşdırma aparılır.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın