Nikolun iki yolu var, hər ikisi məğlubiyyətdir

Ordumuz gündən -günə yeni zəfərlərə imza atır. Ermənistan prezidenti Nikol Paşinyan artıq pis durumdadır. İşğalçı ölkənin prezidenti bir müddət əvvəl çox ağzı dolu danışdığını hər kəs bilir. Ordumuzun vurduğu zərbələr nəticəsində Paşinyanın iki şeçim içində qaldığını açıq aydın görürük. Paşinyan artıq öz prezidentliyini itirmək üzrədir. Bu yollardan birincisi Qarabağ və 7 rayonu sülh yolu ilə qaytararaq vəzifədən getməlidir, ikincisi isə məğlub olaraq vəzifədən getməlidir. Bu vəziyyəti gözəl anlayan Ermənistan prezidenti artıq nəyəsə ümid etsə də gündən -günə ümidlərinin şansı sıfıra yaxınlaşır. Artıq on minlərlə əsgər itirən Ermənistanda Paşinyana qarşı istefa tələbləri çoxalmaqdadır. Azərbaycan ordusu isə qısa bir zamanda 30 illik həsrətə son qoyacaq, işğalçı Ermənistana dərs verir ve verəcək də. Necə deyərlər “hayla gələn vayla gedər”.
Yaşasın igid, merd, qəhrəman Azərbaycan əsgəri.

Mikayıl Əsədov.

Bunu paylaş: