Nikol Paşinyan Rəcəb Tayyib Ərdoğandan bunu xahiş edib

Bildiyiniz kimi , son illər Türkiyə və Ermənistan arasındakı görüşlər artmaqdadır. Buna səbəb kimi Ermənistan Baş Naziri Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon görüşünü göstərmək olar. Son illər ilk dəfə olaraq İrəvan və Ankara arasında müzakirələr intensivləşməkdədir.

Ermənistan tərəfi Türkiyə ilə sərhədlərin açılmasını istəməzdən əvvəl, ilk olaraq Azərbaycanın da maraqlarını nəzərə almalıdır. 44 günlük müharibədən sonra rəsmi İrəvanı Bakı və Ankara sülh danışıqlarına çağırsa da, hələlik qarşı tərəf təxribatlar törətməklə razılıq verməkdən yayınır.
Təbii ki, bölgədə sülhün daimi olması və müharibənin yenidən başlanması da ermənilərin əlindədir. Bakı isə istənilən qarşılığa hazırdır.

Bir neçə gün bundan əvvəl Paşinyan və Ərdoğan arasında baş tutan danışıqların əsas mövzusu sərhədlərin açılması məsələsi olduğu deyilir. Lakin siyasi baxışlarımız bunu deyir ki, Paşinyanın Ərdoğana zəngi Azərbaycanı müharibədən yayındırmaq fikirləri olmuşdur.
Zəngəzur təxribatları, Kəlbəcərdə yenidən atəşkəsin pozulması və Ermənistan hakimiyyətinin hələ də 10 noyabr bəyanatına əməl etməməsi rəsmi Bakını məcbur edir ki, Azərbaycan yenidən anti-terror əməliyyatlarına start versin.

Bu səbəbdən erməni Baş Nazir bilir ki, İlham Əliyevin əmrinin qarşısını ala biləcək şəxs yalnız Rəcəb Tayyib Ərdoğandır. Bu səbəbdən o, telefon danışıqları zamanı Türkiyə liderindən İlham Əliyevi dayandırmağı xahiş etmişdir. Təbii ki, Rəcəb Tayyib Ərdoğan da öz növbəsində Ermənistanın götürdüyü öhdəliklərə əməl etməsini tələb etmişdir.
Beləliklə, Paşinyanın bu danışığının da boşa çıxdığını deyə bilərik. Nə qədər ki, erməni tərəfi təxribatlara əl atacaqdır və 10 noyabr bəyanatına əməl etməyəcəkdir, bu zaman bölgədə müharibə təhlükəsi getdikcə artacaqdır. Yeni müharibə başlayarsa, bu, Ermənistan üçün fəlakət olacaqdır.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın