Nikol Paşinyan məğlubiyyətin səbəbin açıqladı

Ermənistanın Baş Naziri Nikol Paşinyan jurnalistə müsahibə verərək bəzi məsələlərə aydınlıq gətirdi. İlk öncə, erməniləri maraqlandıran Şuşa şəhərinin necə azad edilməsi olmuşdur. Paşinyan “Şuşanı müdafiə edən əsgərlərlə əlaqə qurduğu zaman çox gec idi, artıq onlar Xankəndinə daxil olmuşdular”, deyə cavab vermişdir. Təbii ki, ermənilər artıq Azərbaycan əsgərinin gücünü və qəhrəmanlığını açıq şəkildə söyləməyə başlamışlar. Jurnalist daha sonra, Türkiyə ilə sərhədlərin açılmasının bu sənəddə əks olmadığını bildirmiş və Naxçıvanla birləşdirilən yolu da geri verdiniz sualına cavab olaraq Paşinyan “Naxçıvan yolunu geri qaytarmaqla ermənilər İrana birbaşa dəmir yolu vasitesi ile yol qazandıq” söyləmişdir. Paşinyan döyüşlərin mənasız olduğunu bildirərək həm döyüş meydanında, həm də diplomatik məğlub olduqlarını etiraf etmişdir. Bu yolla Paşinyan ermənilərə Azərbaycan ordusunun güclü olduğunu başa salmaq istəyir. Paşinyan Qarabağ döyüşündə PUA-nın rolunun böyük olduğunu bildirsə də, ermənilər bilməlidir ki, qəhrəman ordumuz Şuşanı yalnız güllə və bıçaqla azad etmişdir.

Mikayıl Əsədov.

Bunu paylaş: