Nikol Paşinyan İlham Əliyevi aldadıb?

 

Bir neçə gün əvvəl Azərbaycan prezidenti İlham Əliyev, Türkiyənin “CNN Türk” kanalına müsahibə vermişdir. Ölkə başçısı son vaxtlar Qarabağda baş verən proseslərdən narazılığını bildirmişdir. Əsasən də Rusiyanın sülhməramlı kimi götürdüyü öhdəliklərə əməl etmədiyini qeyd etmişdir. İlham Əliyev Rusiyaya təxribatlara görə xəbərdarlıq edərək, müharibənin yenidən başlana biləcəyini söyləmişdir. O, Qarabağda hər şeyin Azərbaycan ordusunun nəzarətində olduğunu qeyd etdi.

İlham Əliyevin bu müsahibəsində əsəs diqqət çəkən məqam isə Azərbaycana verilən mina xəritələri idi. Ölkə başçısı həmin xəritələrin cəmi 25 faizinin dəqiq olmasını açıq olaraq söylədi. Belə çıxır ki, Ermənistan Baş Naziri Nikol Paşinyan ermənilərə xas olan xüsusiyyətdən əl çəkməmişdi. Yəni 10 noyabr bəyannaməsinin şərtlərini pozan Rusiya və Ermənistan prezidentləri İlham Əliyevi aldatmışlar. Azərbaycan isə bunun əvəzində bir qism terrorçunu geri göndərmişdi. Mina xəritəsinin dəyişdirilməsində Rusiyanın təminatı olmuşdur. Yəni Vladimir Putin hər gedişdə Azərbaycanın əleyhinə mövqe tutmaqdadır. Çox təəssüf ki, İlham Əliyev və rus agentləri hələ də Rusiyaya dost ölkə deməkdədirlər. Bir sözlə, Putin Paşinyan hiyləsi İlham Əliyevə qarşı siyasi baxımdan qalib gəlməkdədir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın