Nikol Paşinyanın çıxış yolu yoxdur, Rəcəb Tayyib Ərdoğana yalvarir

 

” Türkiyə prezidenti ilə görüşmək üçün müəyyən addımlar atılmalıdı.Görüşlər hər zaman açıq ola bilər. Müsbət addım atacaq və səmimi olacaqlarsa,biz də səmimi olaraq dialoqları başlada bilərik”. Bunu mətbuat konfransında Ermənistana səslənərək qardaş ölkə prezidenti R.T.Ərdoğan deyib.

Gürcüstan Baş Naziri, Paşinyanla Ərdoğan arasında dialoqların başlanması üçün Türkiyə rəhbərindən xahiş edib.Ərdoğan bundan əlavə, Azərbaycanla Ermənistan əlaqələrinin çətinliyinə, dəhlizlərin açılmasına da fikrini yönəldərək, tez bir zamanda həll olunmasını təklif edib.
Əks təqdirdə dialoqların baş tutmayacağı, Türkiyə Ermənistan münasibətlərinin inkişafına xələl gətirəcəyini də bildirib.
Ermənistanın bu təklifi dialoqdan çox Türkiyəyə nəyisə vəd etmə, özunə müttəfiq qazanma niyyətinə bənzəyir. Daima Ermənistana yardım əlini uzadan Rusiya və İrandan sonra, Fransa da aktivləşərək separatçılara dəstək olublar.Yaranmış bu vəziyyətdən istifadə edərək, Azərbaycana doğma olan qardaş Türkiyəni də ələ almaq niyyətindədirlər.

İkinci bir tərəfdən, Rusiya Türkiyə münasibətlərinin tənzimlənməsi məsələsi də gündəmə gəlir.Son zamanlar Rusiyanın Azərbaycan üzərindən Türkiyəyə mesajlar verməsi, hədə – qorxu gəlməsi, Türkiyə rəsmilərinin adekvat addım və siyasi siqnallar göndərməsi bir daha sübut etdi ki, Türkiyə geri addım atmaq fikrində deyil. İranın isə narahatçılığı anlaşılandır: dildə şüar olaraq: “daim Azərbaycanın yanında olan”, ölkəsini İslam dini adı altında düşmən qonşularına yardım etməkdən çəkinməyən, hətta açıq şəkildə Azərbaycanı təhdid edən İran, Azərbaycanla sərhəddə qoşun yığmağa başlayıb.İranın qorxduğu, Azərbaycanın torpaqlarını işğaldan azad etdikdən sonra bütöv Azərbaycan və Turan birliyinin qurulmasından ehtiyat etməsidir.

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın