Nensi Pelosinin Ermənistana səfəri Azərbaycanın istəyinə uyğundur!

Amerika Birləşmiş Ştatlarının Nümayəndələr Palatasının sədri Nensi Pelosi Ermənistanda rəsmi səfərdədir. Səfər çərçivəsində onun  Ermənistanın Baş Nazir Nikol Paşinyan və digər rəhbərləri ilə görüşü nəzərdə tutulur.

Niyə Nensi Pelosi təcili İrəvana səfərə gəlmişdir?
Bəziləri qeyd edir ki, Amerikanın yüksək rütbəli nümayəndəsinin Ermənistana səfəri Azərbaycana qarşı hazırlanmış bir dəstək kompaniyasıdır. Vaşinqton son Ermənistan və Azərbaycan toqquşmalarında guya ermənilərə dəstək verdiyini bildirmək istəyir.
Artıq bu baradə erməni tərəfi durmadan dünyaya car çəkməkdədir. Hətta son toqquşmaların dayandırılmasında Amerikanın rolu olduğu da deyilir. Görünür, Ermənistan yenə öz xarakterinə sadiqdir. Bu dəfə Rusiyaya qapını göstərməyə başlayıblar. Ermənilərin Kremlə qarşı böyük təxribatlara əl atılacağı gözlənilir.

Elə Nensi Pelosinin də Ermənistana gəlişinin əsl səbəbi Azərbaycana təzyiq göstərmək deyil, məsələ İrəvanın Rusiyadan qopmasıdır. Rəsmi Bakının oynadığı siyasət bu gün Ermənistanı Rusiyadan uzaqlaşdırmağa çalışır ki, bunu da fürsət bilən Vaşinqton şansı əldən buraxmaq istəmir.

Lakin Amerika da gözəl anlayır ki, Qafqazda ən mühüm ölkə Azərbaycandır. Bu səbəbdən Ermənistanı Rusiyadan qoparmaq üçün rəsmi Bakının strateji siyasəti vacibdir. Bu gün baş verən proseslər bundan ibarətdir. Azərbaycan Amerikaya Ermənistanı Rusiyadan qoparmaq üçün böyük şans verib.

Əsas məsələ isə, Rusiya İrəvanı bağışlayacaqmı?
Kreml Nensi Pelosinin gəlişini sakitcə izləməkdədir. Ermənistanın istənilən səhvi onlara çox baha başa oturacaqdır. Ən azından rus hərbi bazaları və Azərbaycan ordusunun sürətli zərbələri hər an işə düşə bilər.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın