Nemət Pənahlının Rusya tərəfindən düyməsinin  basıldığını gördük

Bu gün Nemət Pənahlının Rusya tərəfindən düyməsinin  basıldığını gördük. Son zamanlarda Sərdar Cəlaloğlunun çıxışları rusbaşları yaman narahat edib.Türkçülük, vətənpərvərlik, birlik adına etdiyi çıxışlar Rusiyanı və onun Azərbaycandakı nökərlərini laqeyid qoya bilməzdi. Sərdar bəyin Qurban Məmmədovun qardaşı olması da, ümumiyyətlə bu ailənin siyasi fəallığı görünür hakimiyyət dairələrində böyük narahatçılıga səbəb olub. Nemət Pənahlının tam bu zamanda çıxıb Sərdar Cəlaloğluna yalançı, əsası olmayan böhtanlar atması, eləcə də bu ailənin digər üzvlərinin də adlarının hallandırıması buna sübütdur. Sərdar bəyin savadı, intellekti, vətənpərvərliyi, türkçülüyü xalqın siyasi aktiv insanları arasında rəgbətlə qarşılanır. Bunun qarşısını almaq üçün Nemət Pənahlı kimi KQB agentləri, saxta qəhrəmanlar işə salınır. Amma sevindirici hal bu idi ki, rəy yazanların demək olar ki 99%-i məsələni az çox anladı və Nemət Pənahlını dinləmək belə istəmədiklərini bildirdilər. Xalqın ağı qaradan seçməsini görmək sevindirici idi.Bu tip insanlar özləri -özlərini ifşa edirlər. Allah bu xalqa dostu düşməndən ayırıb, dogruyla birləşib, şərə qalib gəlməkdə yardım etsin.

Sevinc.

Bunu paylaş: