“Neftimizin” qiyməti dəyişsə də, həyatımız dəyişmir

 

Dünya bazarında “Azəri Light” neftin 1 bareli 69 dollara yaxınlaşmaqdadır. Demək olar ki, son vaxtlar neftin qiyməti getdikcə yüksəlməkdədir. Ekspertlərin sözlərinə görə neftin qiyməti, yaxın zamanda 90 dolları ötəçəkdir. Neftin qiyməti, dünya iqtisadiyyatında yüksəlməyə kömək edən amillərdən biri sayılır.

Gəlin Azərbaycanda nə dəyişəcəkdir, ona nəzər edək. Təbii ki, Azərbaycanda neftin qiymətinin qalxmasına yalnız Azərbaycan prezidenti İlham Əliyev və onun yaxınları sevinəcəkdir. 2001- ci ildən başlayaraq Azərbaycan da, dünya neft bazarında öz yerini tutmağa başlamışdır. Xalqımız isə neftdən öz gələcəklərinə xəyalar qururdu. Lakin İlham Əliyevin siyasəti nəticəsində millətin xəyalları puç oldu. Neftin gəlirləri birbaşa İlham Əliyev və yaxınlarının çiblərini doldurmaqdadır.


Hərdən özünüzə sual verin; 2001 -ci ildən bu günə kimi, ildə 100 milyard dollarlıq neft satan bir ölkədə dəyişən nəsə varmı? 2001 – ci ildə olduğu kimi, əhalinin sosial durumu, işsizlik və.s kimi problemlər bu gün də davam etməkdədir. Xalqın pulları oğurlanaraq, “Offşor”- larda xalqdan xəbərsiz saxlanmaqdadır.

Bu onu göstərir ki, neft gəlirləri əhaliyə xəclənmir. Digər tərfdən, gündən- günə Azərbaycanda bahalaşma davam etməkdədir.

Bütün bunların səbəbkarı İlham Əliyevdir ki, illərdir xalqı bu yolla pis vəziyyətdə yaşadır. Bütün sərvətlərimiz talanır, korrupsiya, rüşvətxorluq, məmur özbaşınalığı, bahalaşma, işsizlik, yoxsulluq kimi problemlər ölkədə baş alıb gedir. Bu haqsızlıqla barışmayan insanları isə şərləyərək həbs edirlər. İlham Əliyev və hakimiyyəti bu yolla sərvətimiz və huquqlarımızı əlimizdən alır.
2001 – ci ildən bugünə kimi xalqın rifahının dəyişməməsinin səbəbi, neftimizin gəlirlərinin ogurlanmasıdır.

Mikayıl Əsədov.

Bunu paylaş: