Neft bumunun Azərbaycan variantı

 

Azadlıq radiosu əməkdaşı Şamaxı şəhərində 40 ilin köhnə jiqulisində “taksavatlıq” edən 62 yaşlı bir sakinindən müsahibə götürüb. Səhərdən axşamadək bu köhnə dəmir “qəfəsdə” min bir əzab çəkən həmin sürücünün gündəlik qazancı cəmi 10 – 15 manat məbləğində olur. Həmin pullar da maşının yanacağı və hər günlük təmirinə, qəpik – quruş qalarsa o da gündəlik yeməyə, işıq, qaz, su puluna güclə çatır. Yedikləri isə – göy – göyərtidir, ət bizlik deyil – deyir.    “Şahdəniz” neft və qaz yataqlarının istismara verilməsi haqqında xarici neft şirkətləri ilə bağlanan müqavilə zamanı ANS – in müxbirinin H. Əliyevə verdiyi sual yadıma düşdü.

Müxbirin “cənab prezident, Azərbaycan nə vaxt neftdən varlanaraq, Dubay kimi olacaq” sualına H. Əliyev əsəbi halda belə cavab verdi:
“nə Dubay? Azərbaycanın öz variantı var.”     Üstündən az keçməmiş bələkdən təzə çıxmış balaca Heydərə Dubayda 70 milyon dollara mülk alındı. Neftin qalan pulları isə Əliyevlər sülaləsinin harınlaşmış həyatına və onların ofşor banklardakı hesablarına köçürüldü.

Bəlkə də, həmin ərəfədə Moskva KQB – sinin agentlərinin “Heydər Əliyev Azərbaycanın yeganə xilaskarıdır” təbliğatına uyan və yaxud ən azı ürəyində H. Əliyevə rəğbəti olan sadə Şamaxı sakininin sosial vəziyyətini isə Azadlıq radiosunun müxbiri təsvir etdi.
Bax budur, “xilaskar” H. Əliyevin “Azərbaycanı variantı”.

Şahin Sirvanlı

Bunu paylaş: