Nederlandlı millət vəkilləri Ermənilərin cavabın verdi

 

Nederlandda Nederland-Azərbaycan Evinin təşəbbüsü ilə Nederland millət vəkilləri ilə görüş keçirilib. Bu görüşün əsas məqsədi Qarabağda gedən hal-hazırkı müharibə, Azərbaycanın dinc xalqına qarşı törədilən terror aktları və bir çox bu barədə həqiqətləri parlamentə təqdim etmək olub.
Qeyd edim ki, artıq bütün dünyada bir çox ölkələr Azərbaycanı dəstəkləsə də bəzi ölkələr erməni yalanlarına inanır. Bu barədə Nederland Krallığının deputatı CDA-dan olan (Xristian Demokratlar Partiyası) Martijn van Helvertl
facebook səhifəsindən ermənilərə muraciət edərək “Öz problemlərinizi Nederlanda gətirməyin ” yazmışdır. Artıq illərdir ki, Nedeland erməni yalanlarının qurbanı olur. Nederlandın Ədliyyə Nazirliyinin Qaçqınlar üzrə Miqrasiya idarəsi (İND) illərdir yalançı Azərbaycan adı ilə təslim olan Ermənistan vətəndaşlarına bu ölkədə yaşamaq hüququ və vətəndaşlıq verir. Hətta əsl Azərbaycan vətəndaşları bu vaziyyətdə təzyiqlərə və ayrıseçkiliyə məruz qalır. Biz bu barədə Azərbaycan tərəfinin Nederland hökümətinə ermənilərin Azərbaycanda yaşadıqları arxivləri təqdim edilməsini və Nederland ölkəsindən bu məsələlərə yenidən baxılmasını istərdik.

Mikayıl Əsədov.

 

Bunu paylaş: