Nederland Krallığında “Tərtər 1767…” hadisələrinə dəstək mitinqi

 

Hörmətli oxucular, 08.04.2021- ci il tarixində AzerFreedomun Nederland Krallığındakı üzvləri “Tərtər hadisələrinə Susma!” adlı mitinq keçirmişlər. Mitinq Azərbaycanın Nederlanddakı səfirliyinin qarşısında baş tutmuşdur. Həmin mitinqin iştirakçıları “Tərtər 1767…” hadisələrində zərər çəkən, həbs edilən, öldürülən zabit və hərbçilərimizə dəstək olmuşlar.

Bu mitinqin keçirilməsində məqsəd həmin hadisədə öldürülən hərbçilərimizə “Şəhid” statusunun verilməsi, həbs edilənlərin haqlı olaraq azadlığa buraxılması, zərər çəkmişlərin isə hüquqlarının bərpa edilməsi olmuşdur. AzərFreedom ailəsinin keçirdiyi bu mitinqdə, əsas tələblərdən biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən , Tərtər hadisələrinin yenidən araşdırılması olmuşdur.

İnanırıq ki, çox qısa zamanda haqq bərqərar olunacaqdır və əsil xainlər həbs ediləcəkdir. Bu işdə kimliyindən asılı olmayaraq, damarında azərbaycanlı qanı axan hər bir vətəndaşımızdan biganə qalmamağı tələb edirik. Hər bir ailədə bir əsgər vardır, bu əsgəri qorumaq xalq olaraq borcumuzdur, çünki əsgər də xalqını, vətənini canı, qanı bahasına qorumaqdadır.

Mikayıl Əsədov.

 

Bunu paylaş: