Nederland höküməti İlham Əliyev ve hakimiyyətinin iç üzünü açdı

Hörmətli oxucular, Nederland Krallığında 02.07.2020 rəsmi olaraq Azərbaycanda 2013 -cü ildən 2020-ci ilə qədər baş vermiş bütün siyasi prosedurların nəticələri dərc edilmişdir.
Bu sənədlərdə Azərbaycanda insan haqqları, demokratiya, siyasi məhbuslara təzyiqlər, korrupsiya, rüşvətxorluq, dövlət büdcəsinin talanması, qanunsuzluq, məmur özbaşnalığı, dini ayrı seçkilik, əhalinin pis sosial və maddi durumu və. s qeyd olunmuşdur. Bu sənəd rəsmi olaraq Nederlandın Ədliyyə Nazirliyində təsdiq edilmişdir. 116 səhifədən ibarət olan bu faktlarda İlham Əliyev və onun hakimiyyətinin Azərbaycan xalqına tutduğu divanlar sübut olunmuşdur.
AzərFreedomun üzvü olan Elvin İsayev barəsində də geniş məlumat verilmişdir.
Bu sənədi Nederland Ədliyyə Nazirliyinin web saytında Azərbaycana aid bölümündə tapa bilərsiniz.

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: