Nederlandın Den Haaq şəhərində Gəncə terrorunun qurbanları yad edildi

Dünyanın hər yerində olduğu kimi ,Qarabağımıza dəstək məqsədilə, Gəncədə törədilmiş terror aktı ilə bağlı,Ermənistan tərəfindən Azərbaycan xalqının mülki əhalisinə qarşı törədilən cinayətlərin durdurulması üçün dəstək mitinqləri keçirilir.
O mitinqlərdən biri də Niderlandın Krallığının  Den Haqq şəhərində keçirilmişdir.
Mitinqdə Qarabağdakı azad edilən torpaqlarımızdan, Azərbaycanın müxtəlif ərazilərində törədilən terrorlarda şəhid olanlardan və Müstəqillik Günü haqqında şüarlar səsləndirilmişdir.
Biz inanırıq ki, xalqımızın bu dəstək yürüşlərini və şüarlarını dünya dövlətləri görüb və eşidəcək. Susmayıb Ermənistana “dur!”deyəcək.
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Rəşad Şıxəliyev.

Bunu paylaş: