Nazir müavininin, müəmmalı məhkəməsi

 

Bakı Ağır Cinayətlər Məhkəməsidə keçmiş Mədəniyyət nazirinin müavini Rafiq Bayramovun məhkəməsi keçirilmişdir. Məhkəmə Rafiq Bayramovu 1 milyon 800 min manat rüşvət almaqda təqsirli bilmişdir. İstintaq araşdırmaları zamanı aydın olmuşdur ki, xalqımızın çoxəsrlik mədəni irsi və mədəni nümunələrin qorunması üçün, büdcədən ayrılan pulları mənimsəmişdir. Rafiq Bayramov həm də rüşvət alma, korrupsiya, vəzifəsindən sui-istifadə etmək maddələri ilə təqsirli bilinir.

Təqsirləndirilən şəxs isə cinayəti qismən boynuna almışdır. Həqiqətən də, keçmiş nazir müavininin həbsi bu cinayətlə bağlıdırmı?. Müavin həbs edilirsə, nazir niyə həbs edilmir?. Nazirlikdə baş verən bütün problemlərin məsuliyyətini ilk öncə Nazir daşımalıdır. Bəs keçmiş Mədəniyyət naziri Əbulfəz Qarayev niyə həbs edilməsin?.

Bu həbsin qaranlıq tərəfləri vardır. İlk öncə qeyd edək ki, Əbulfəz Qarayev bütün çirkli əməllərini müavininin üstünə yıxaraq, vəziyyətdən çıxmışdır. Onsuz da ölkəmizdə məmurlar bir – iki ilə həbs edilməkdədir.

Məsələnin digər tərəfi isə, 1.8 milyondan “Heydər Əliyev Fondu” və yaxud “qara kassa” ya pul çatmamışdı. Bu səbəbdən qəzəblənən “kassir” nazir müavinini həbs etmişdir. Çox gülməli bir vəziyyətdir ki, nazir olasan, 1.8 millionlyq rüşvətdən xəbərin olmaya.. Nazirlikdə hər bir iş üçün isə, nazirin qolunun olması vacibdir.

İndi aydın olur ki, Rafiq Bayramovu niyə qabağa veriblər. İnanırıq ki, sabiq Mədəniyyət naziri Əbulfəz Qarayev öz əməkdaşını yalnız buraxmayacaqdır.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın