Nazir etiraf etdi

Təhsil Naziri Emin Əmrullayevin sükutu pozaraq dediyi “Valideyinlər məktəbə pul ödəməyə məcbur deyillər” kəlməsi hər kəsi təəccübləndirib.
Nazir bildirmişdir ki, məktəblərə valideyinlərin xeyriyyəçilik və köməklik etmək hüquqları könüllü şəkildə icra edilir. Təhsil Naziri bunu da qeyd etmişdir ki, məktəblərdə qanunsuz pul yığılması yol verilməzdir və hər il bu səbəbdən bir neçə direktor işdən azad edilir.
Yəqin ki, Emin Əmrullayev sualı düzgün anlamayıb. Söhbət könüllü pul yığmaqdan yox, süpürgə, təbaşir, stol pulu yığımından gedir. Azərbaycanda təhsilin rüşvət və korrupsiya üzərində qurulduğu hər kəsə bəllidir. Ölkədə elə bir tələbə yoxdur ki, ondan təhsil aldığı dövrdə pul alınmasın. Bu, Azərbaycanın bir realığıdır və gələcəyidir. Məktəblərdə rüşvəti və korrupsiyanı yox etmək üçün hakimiyyətdə bu cür problemləri məhv etmək lazımdır. Azərbaycanda təhsili, ağılı, gələcəyi, cəmiyyəti çox təəssüf ki, pulla alırlar. Bunun səbəbləri uzaqda deyil, indiki hakimiyyətdir.

Mikayıl Əsədov.

Bunu paylaş: