Navalnı qardaşları 3 il 5 ay müddətinə həbs edildi

 

Rusiyanın Moskva şəhərinin Simonovski məhkəməsi, müxalifət lideri Aleksey Navalnıya 3 il 5 ay müddətinə həbs qərarı çıxarmışdır. Navalnının vəkili məhkəmədən şərti cəza istəsə də bu qərar qəbul edilməmişdir.
Məhkəmə Navalnını 2008 – ci ildə ” İv Roşe Vostol” şirkətindən 26.7 milyon və “Mnoqoprofilnaya” şirkətindən 4.4 milyon rubl oğurluğu ilə ihttiham etmişdir. Müxalifət lideri isə bu ittihamları qəbul etmədiyini bildirmişdir.


Putin Navalnını şərləyərək həbs etdirməklə rus xalqında hakimiyyətə qarşı daha artıq qəzəb yaratdı. Rusiyada yaxın zamanda daha böyük mitinqlər baş verəcəyindən ehtiyatlanan hakimiyyət orqanları böyük şəhərlərdə nəzarəti gücləndirməkdədirlər. Rusiya hakimiyyəti bu qərəzli həbslə bağlı gələcəkdə ölkədə böyük mitinqlərin baş tutacağından qorxur. Kreml Navalnının yaxın adamlarını da həbs etdirmək əmrini verməkdədir.

Artıq Navalnının köməkçiləri və yaxın qohumları həbs edilmişdir. Buna misal olaraq Aleksey Navalnının qardaşı Oleq Navalnı da 3 il 5 ay müddətinə həbs edilmişdir. Bu arada, Amerika, Böyük Britaniya, Almanya, Fransa liderləri Navalnının və yaxınlarının qeyri-şərtsiz buraxılmaları tələbi ilə çıxış etmişlər.

Yaxın zamanda Rusiyaya qarşı Qərb dövlətləri yeni sanksiya qəbul edəcəklər. Ağır günlərini yaşayan rus xalqı , bu vəziyyətdən çıxmaq üçün Putin hakimiyyətinin istefasını tələb edir.

Əliəşrəf Məmmədov.

Bunu paylaş: