NATO təlimində yunan təxribatı

NATO hərbi təlimlər çərçivəsində Yunanıstan Türkiyə hərbi təyyarələrinə qarşı təxribat törətmişdir. Afina uçuş trayektoriyasını bloklayandan sonra (yəni türk döyüş təyyarəsini hədəf almışdır) Ankaranın sərt təpkisi ilə qarşılaşıb. Nəticədə Yunanıstan tərəfi geri addım atmaqla yanaşı,  NATO hərbi təlimlərinədə maneələr yaratmış olmuşdur.

Bunun nəticəsində yunanların hərbi ATAŞE-si Türkiyə Xarici İşlər Nazirliyinə çağırılaraq onların ölkəsinə etiraz Notası verilmişdir. Son vaxtlar bölgədə vəziyyət getdikcə gərginləşdiyinin və Türkiyənin əsəblərinin sınağa çəkildiyini görürük.
Rəsmi Afinanın təxribatlara əl atmağının məqsədi, Türkiyənin Alyansdan xaric edilməsinə hesablanmaqdadır.

Təbii ki,  Yunanıstanı havadarları buna məcbur edir. Miçotakis hökuməti kiminlə oyun oynadığını da çox gözəl anlayır. Lakin Yunanıstan Türkiyənin qəzəbinə tuş gələrsə, bölgədə vəziyyət çox dyişəcəkdir.

Rəsmi Ankara dəfələrlə bu barədə Qərbə xəbərdarlıq etmişdir. Nəticənin isə göz qabağında olduğu aydın görünür.
Türkiyə Müdafiə Naziri Hülusi Akar bu barədə həmkarı Lloyd Ostinə etirazını bildirmişdir. Görünür,  Yunanıstanın buynuzu çomağa qaşınmaq üzrədir. “Əgər onların təxribatları davam edərsə,  Türkiyədən qəti cavab alacaqlar”,- deyə  bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son dəfə xəbərdarlıq etmişdir.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın