NATO rəhbəridən mühüm Türkiyə açıqlaması

 

NATO-nun Baş katibi Yens Stoltenberq Avropanın mətbuat orqanlarına yeni açıqlaması ilə çıxış edib. Baş katib açıq şəkildə Türkiyənin NATO-da ən mühim ölkələrdən biri olduğunu qeyd etmişdir. O, açıq şəkildə bildirmişdir ki, Avropanın müdafiə və təhlükəsizliyi Türkiyədən keçir. Daha sonra, NATO-nun ordusunun 60 faizinin türk əsgəri olduğunu söyləmişdir. Bəzi şaiyələrə əsasən, guya Türkiyə NATO- nu tərk edərək Rusiya ilə yeni hərbi blok yaradacağı kəlməsinə Stoltenberq belə cavab vermişdir:” Biz bir – birimizə sıx əməkdaşlıq edən bir hərbi qurumuq, deyilənlər isə sadəcə şaiyədir.

Türkiyə ilə Alyans Suriya, İraq və. s. kimi ölkələrdə birgə fəaliyyət göstərməkdədir. Biz rəsmi Ankaranın Beynəlxalq Terrorizmə qarşı mübarizəsini də yüksək qiymətləndiririk”. NATO-nun Baş Katibi Yens Stoltenberq hər zaman Türkiyənin yanında olacağını da bildirmişdir.
Bu arada, Stoltenberq NATO üçün Amerika və Böyük Britaniyanın da rolunu yüksək qiymətləndirdiyini əlavə etmişdir.

Beynəlxalq su və quru yollarının çoxuna nəzarət edən Böyük Britaniya və NATO – ya silah tədarük edən Amerika da Alyans üçün vacib ölkələrdəndir. Həqiqətən də, diqqətlə şərh etsək, Avropanı Rusiya işğalından qoruyan Türkiyədir. Bu səbəbdən Yens Stoltenberq Türkiyənin NATO – da olmasını yüksək qiymətləndirir.

Mikayıl Əsədov.

Bunu paylaş: