NATO-dan xəbərdarlıq: Putin son kartlarını açır

Rusiyanın Ukraynaya işğalçılıq siyasəti üç aydan çoxdur ki, davam etməkdədir. Sizlər hələ müharibənin başlamasından bir müddət əvvəl Putinin Ukraynada taktiki və kiçik həcmli dağıdıcı gücə malik nüvə silahından istifadə edəcəyi barəsində xəbərdarlıq etmişdik.
Müharibənin bu dərəcədə uzanması Qərb və Ukraynadan çox Rusiyada fəsadlar törətməkdədir. Ən əsas da Rusiyanın iqtisadiyyatına təsiri, dövlət büdcəsinin sürətlə boşalması və ordunun getdikcə itkiləri buna bir sübutdur.
Bu mənzərəyə Qərb tərəfindən baxsaq, nəticələrin başqa olduğunu qeyd etmək olar.

Qərb sadəcə, dollar maşınını işə salmaqla bahalı kağızlarının və bir neçə aşağı dərəcəli silahlarını Ukraynaya göndərir. Yəni illərdir qalmış silahlarını məhv etməkdənsə, rəsmi Kiyevin səlahiyyətlərinə verir. Müharibə davam etdikcə isə Zelenskinin ölkəsi daha çox dağıntıya və məhvə məruz qalır. Bir sözlə, Ukrayna böyük “poliqonu” xatırladır. Qeyd edək ki, rəsmi Kiyevə vəziyyətdən çıxmaq üçün elə də problem yaranmayacaqdır. Müharibə bitdikdən sonra Qərbin maliyyə dəstəyi ilə, ölkə bərpa ediləcək.

Bəs Rusiyanın vəziyyəti necə olacaqdır?
Müharibənin uzanması Rusiyaya çox təsir etdiyindən, Putin tez bir vaxtda nüvə silahından istifadə etməklə Zelenskini masa arxasına dəvət etmək istəyir.
NATO və Amerika kəşfiyyatı Putinin bu planından xəbərdar olduğundan, artıq xəbərdarlıq etməyə başlamışlar.
NATO – nun baş katibi Yens Stoltenberq, Putinə nüvə silahı barəsində xəbərdarlıq etdiyini bildirmişdir. O, Kremlin bu planından xəbərdar olduğunu qeyd etmiş və bütün dünya üçün təhlükə olduğunu vurğulamışdır.

Görünür, dünyada ərzaq qıtlığı, sürətlə bahalaşma, dövlət büdcəsinin boşalması, daxili etirazlar, hərbi gücünün zəifləməsi Rusiyanı bir daha müharibəni dayandırmağa məcbur edir. Putin isə bu mürahibədən məğlub kimi çıxmaq istəmir. Buna görədə o, taktiki, az dağıdıcı gücə malik nüvə başlığı ilə Ukraynanın hansısa bir bölgəsinə zərbə edindirə bilər. Rusiya prezidentinin məğlub olmamaq üçün əlində olan bütün vasitələrdən istifadə edəcəyi istisna olunmur!

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın