NATO- Dan Rusiyaya göz dağı

Madriddə keçirilmiş NATO toplantısında Rusiyanı qıcıqlandıran qərarın qəbul edilməsi, gələcəkdə yeni müharibələrin olmasından xəbər verməkdədir. Alyansın toplantısında qəbul edilən qərar Rusiyanı şoka salmışdır. Birdən – birə NATO cavab qüvvələrinin artımına 7 dəfədən çox qərar verməklə, Kremli bir daha fikirləşməyə məcbur etdi.

Məsələ burasındadır ki, bu artım birbaşa Rusiyaya qarşı nəzərdə tutulur.
Bəzi ekspertlər qeyd edir ki, Rusiya NATO-nun bu əməlinə səssiz qalmayacaqdır və Putin də buna qarşılıq cavab verəcəkdir. Bu, sadəcə ekspertlərin fikri ilə yanaşı rus xalqının fikirlərin əks etdirməkdədir.
Lakin belə bir sual ortaya çıxır;
Putin NATO – nun bu artımına nə ilə və necə cavab verə bilər?
Araşdırmamız bunu göstərir ki, Alyans Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı siyasətinə cavab olaraq gücünün çox kiçik hissəsini 7 dəfədən çox artırmaq qərarına gəldi. Putinin isə, buna cavab verməyə heç bir resursu yoxdur. Bilirik ki, ordu artımının arxasında böyük bir maliyyə durmaqdadır. Rusiyanın isə, buna gücünün olmadığını bilirik. Üstəlik də NATO ilə yarışmanın mənasız olduğunu hər kəs görməkdədir.

Bu gün Rusiya meyilli qüvəllər calışır ki, NATO-nun bu addımına yalnış söz vasitəsi ilə cavab versin. Bununla da bir daha rus ordusunu dünya liderliyinə çatdırsın. Lakin hər şeyin söz və kağız üzərində həll olunmadığını çox gözəl anlayırlar.
Bir sözlə, NATO gücünü artırsa da, Rusiyanın onlara qarşı cavab vermək gücü yoxdur. Ölkədə baş verən korrupsiya, gəlir yerlərinin bağlanması, sanksiyalar Rusiyanı uzunmüddətli NATO qüvəlləri ilə müharibə aparmağa imkan vermir. Alyans düşmənini zəif yerindən istifadə edərək, ordusunun sayını daha da artıracaqdır.

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın