Natamam və yaxud yarımçıq əfv..

 

 

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Ümumilikdə 625 nəfər əfv edilsədə, 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad olunub, qalanlarını cəzası isə azaldılmışdır. Azad olunmuş məhbusların əksəriyyəti Nardaran məhbusları, Gəncə məhbusları, partiya üzüvləri fəalı və 1 jurnalist daxildi. Təbii ki, məhbusların azadlığa qovuşması təqdirə layiqdi. Neçə-neçə ailələr, analar, bacılar, qardaşlar, gözü yolda qalan, illərlə üzünü görmədiyi evladların sevinci hədsiz olacaqdır.


Lakin bu məsələdə razılaşmadığımız məqamlar çoxdur. İlk öncə qeyd edim ki, adını “azadlıq” siyahısına yazdırmaq üçün, yəni əfvə düşmək üçün bu işə baxan məmurlara “bəxşeyiş” verməlisən. Bir sözlə, Azərbaycanda heç bir sahədə ədalət olmadığı üçün əfv etmək siyahısında da haqq ədalət gözləmək olmaz. Əks təqdirdə bütün siyasi məhbuslar azadlığa qovuşardı. Məsələn: Elvin İsayev və bəzi siyasi məhbuslar, adlarını qeyd etmədiyim neçə-neçə təqsirsiz dustaqlar hələdə dəmir barmaqlıqlar arasındadırlar. İlham Əliyevin imzaladığı sərəncam, yarımçıq və yaxud natamam əfv adlandırmaq olar. Günahsız siyasi məhbuslar haqq sözünü dediklərinə görə şərlənərək həbs olunmuşlar. Düşünən varmı bu insanların həbsxanada sabaha heç bir ümidləri yoxdur.

Prezidentin atdığı bu addım bir neçə ailələrə Bayram qabağı hədiyyədə ola bilər. Lakin, bu sadəcə gözdən pərdə asmaqdır. Hələdə zindanlarda bir çox partiyaların üzüvləri, siyasətçilər və jurnalist həbsdə qalmaqdadır. İlham Əliyev guya humanistlik göstərərək, xarici ölkələrin vətəndaşlarını azadlığa buraxmaqla özünü qəhrəman kimi göstərmək istəyir. Yerli yaltaqlar isə xarici vətəndaşları əfv olunmasını sanki dünyada bir ilk kimi qələmə vermək istəyirlər. Necə deyərlər bu yolla dünyada özlərini yaxşı hakimiyyət kimi qələmə verirlər. Düşünməsinlər ki, vətəndaşlar bu gedişat biganə qalır. Xalq hər şeyi tərəzi gözü ilə görür və qeyd edir. İlham Əliyevdən günahsız yerə həbs edilən siyasi məhbuslara, azadlıq tələb edirik. Günahsız insanların yeri həbsxana deyil. Həbsxanalarda olası insanlar sizin işlə aldığınız, korrupsiyaner, rüşvətxor məmurlarınındır. Bir daha söyləmək istərdim ki, bütün siyasi dustaqlar qeyri – şərtsiz azadlığa buraxılsın.

Rəşad Şıxəliyev.

Bunu paylaş: