Nasir Əliyev: 2017 – ci il 3 may. Tərtər qətliyamının 3-cü günü

2017 – ci il 3 may. Tərtər qətliyamının 3-cü günü.
Məhs bu gün Xanlar Vəliyev və onun əməkdaşları Tərtərdə baş verənlərə müdaxilə edirlər. Gözləmək olardı ki, hadisələr qanunun tövsüf etdiyi axara düşəcək. Amma, belə olmadı. İşgəncələrin şiddəti dahada artırıldı. Artıq saxlanma məkanları hərbçilərlə doldurulmuşdu. Müstəntiqlərin, onlara rəhbərlik edən Şəfaət İmranovun başçılığı altında işgəncələr daha sərt xarakter daşımağa başladı. Bütün bu proseslərə cavabdehlik daşıyan Şəfaəf İmranov heç nə olmamış kimi hadisələri müşahidə edir və işgəncələrin daha amansız olmasına şərait yaradır. 3-ü may tarixlinə qədər əsasən N saylı hərbi hissənin ön xəttində xidmət aparan hərbi qulluqçular korpus komandiri Hikmət Həsənovun göstərişi ilə Marquşavandakı hərbi hissənin köhnə qərargah binasına yığılmışdı. Bu məkan artıq əvvəlcədən işgəncələr üçün hazır vəziyyətə gətirilmişdir.

Hələ ki, bu prosesə Hərbi Prokurorluq və Hərbi Hissənin əməkdaşları və rəhbərliyi nəzarəti həyata keçirirdi. Bu gün, yəni 3 may 2017 ci il tarixində qətlə yetirilmiş 3 hərbçimiz Mehman Hüseynov, Elxan Ağazadə və Elçin Quliyev artıq işgəncələrə məruz qalmışdılar. Eləcədə həbs olunmuş Nasif Əliyev, Müşvüq Əhmədli, əsgər Turan İbrahimli də bu işgəncə prosesinə cəlb olunmuşdu. Bundan başqa bu gün yeni yaradılmış istintaqda zərərçəkmiş statusu almış bəzi hərbçilərimiz. Növbəti günlərdə işgəncələrin intensivliyi artacaq və daha çox hərbçi cəlb olunacaq. Xatırladım ki, 3 may tarixinə qədər bütövlükdə orada baş verənlərə yalnız Müdafiə Nazirliyi cavabdehlik daşıyırdı. Amma, 3 may tarixindən məsuliyyətin böyük hissəsi məhs Hərbi Prakrorluğun üzərinə düşür.

Nasir Əliyev.

Bunu paylaş:

Bir cavab yazın