Namizəd Səfərov: “DİN-nin məlumatına, onlara olan hansı inam və etimada görə inanmalıyıq?

 

DİN-yi tərəfindən yayılmış rəsmi məlumatda bildirilir ki, 2 nəfər polis əməkdaşına bıçaqla xəsarət yetirən, Aydın Babayev adlı vətəndaşın, həbs edilməsi üçün keçirilən əməliyyat zamanı, guya həmin vətəndaş əlində qumbara polis əməkdaşlarını hədələdiyi üçün polis əməkdaşları tərəfindən zərərsizləşdirilərək… güllələnib.
Sizi bilmirəm, lakin mənim bu məlumata zərrə qədər də, olsun inamım, etibar və etimadım yoxdur. Hər şeydən əvvəl ona görə ki, həqiqətdən uzaq olduğu kənardan sezilən, belə faktlar DİN-yi orqanlarının fəaliyyətində tez-tez təkrar olunan, pis ənənəyə çevrilib. Hətta, ağır cinayət törətməkdə şübhəli bilinən cinayətkarın belə həbs edilərkən, “müqavimət göstərirdi” deyə, güllələnməsi, qətiyyən yolverilməzdir. Təəssüf ki, bu hal, bizim xüsusi xidmət orqanları və güc strukturlarının fəaliyyətində geniş yayılmış, biabırçılığa çevrilib. Belə bir əməliyyatın keçirilməsi zamanı kimsənin güllələnməsi, hər şeydən əvvəl, həmin güc strukturunun bacarıqsızlığı, səriştəsizliyi və qeyri professionallığının göstəricisidir. Cinayətkarın, hər şeydən əvvəl isə vətəndaşın istintaq və məhkəməyə cəlb edilənə qədər, “aradan götürülməsi” heç vaxt həmin orqana baş ucalığı gətirmir. Normal ölkələrdə, analoji fakta görə, Daxili İşlər naziri başda olmaqla bir neçə yüksək rütbəli əməkdaş, istefaya getməli olur. DİN- nin bu bəyənatı da, əslində özünüsığortalama məqsədi güdür. Məlumatın həqiqəti tam əks etdirmədiyi uzaqdan bəllidir. Əməliyyat videoya alınmayıb, vəkillərin, əks tərəflərin, ödürülmüş vətəndaşın yaxınlarının məsələyə münasibəti yoxdur. İctimai təşkilatların belə hadisələrə müdaxiləsi bizim ölkədə aradan qaldırılıb və qətiyyən imkan verilmir. İndi biz ictimaiyyət olaraq hadisənin necə baş verdiyini, həqiqətin nə olduğunu haradan bilək ? DİN-nin məlumatına, onlara olan hansı inam və etimada görə inanmalıyıq ? Bir daha təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, artıq analoji hadisələr ölkəmizdə pis bir ənənəyə çevrilib. Nardaran hadisələri zamanı ən azı 6 nəfərin güllələnməsi, Gəncə hadisələri zamanı 5 nəfərin həbs edilən zaman güllələnməsi yaxın keçmişdə baş verənlərdir. Buraya, 1995-ci ildə, OMON-un “zərərsizləşdirilməsi” əməliyyatı zamanı öldürülmüş, Rövşən Cavadov və digər onlarla həmvətənlərimizi də, adını əlavə edə bilərik.

Əslində 2017-ci ildə Tərtərdə istintaq və məhkəməsiz, amansız işgəncələr altında qətlə yetirilən 12 nəfər hərbiçi də, bu siyahıya əlavə edilə bilər. DİN-yi bu faktlara aydınlıq gətirməli, əhayiyə həqiqətə uyğun dürüst məlumatların verilməsi təmin edilməlidir. Baçarıqsız əməkdaşlaın sığortalanması, vəziyyətdən çixış yolu hesab edilməməlidir !

Namizəd Səfərov.

Bunu paylaş:

Bir cavab yazın